Bakıda meyiti damda tapılan qız niyə ölüb? - Araşdırma başladı

Bakıda yaşayış binasının damında gənc qızın meyitinin aşkar edilməsi ilə bağlı araşdırmalara başlanıb.
Sozcu.info xəbər verir ki, hadisənin baş vermə səbəbləri ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalar aparılır. Gənc qızın ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.
Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.


Oxşar Xəbərlər

Xəbər lenti