Nərimanovda təhlükəli durum: FHN hərəkətə keçdi

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən beşmərtəbəli binanın fasadında beton parçalarının asılı vəziyyətdə qalması barədə 20 may 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Sozu.info xəbər verir ki, məlumat daxil olandan dərhal sonra hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli binanın 5-ci mərtəbəsində fasad hissədə beton parçaları qoparaq asılı vəziyyətdə qalmaqla, ətrafdakı insanlar üçün təhlükə törədir.
Xilasedicilər hadisə yerini təhlükəsizlik lenti ilə çəpərləyib və düşmə təhlükəsi olan beton parçalarını müvafiq qaydada götürüb kənarlaşdıraraq sakinlərin təhlükəsizliyini təmin ediblər.


Oxşar Xəbərlər

Xəbər lenti