Rusiya virusa təslim oldu: 786 yeni ölüm

Rusiyada son gündə COVID-19-dan yeni ölümlərin maksimum sayı qeydə alınıb – 786 nəfər.
Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.
Beləliklə, bütün pandemiya dövründə ölənlərin sayı 145.278 nəfərə çatıb.
Moskva bu statistikada ilk sıradadır: son gündə Rusiya paytaxtında 109 nəfər vəfat edib.
Rusiya Federasiyasında COVID-19 xəstələrinin sayı 23.827 nəfər artaraq 5.857.002-yə çatıb.
Moskvada 3.699 yeni yoluxma qeydə alınıb.


Oxşar Xəbərlər

Xəbər lenti