Güney Azərbaycanda SİLAHLI QARŞIDURMA: İran ordusu itki verdi

Qərbi Azərbaycanın sərhədində atışma baş verib.
Sozcu.info Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İran Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, Qərbi Azərbaycan sərhədində silahlı qarşıdurma zamanı bir sərhədçi silahlı qruplaşma üzvləri tərəfindən öldürülüb.
Məlumatda insidentin noyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Sərdəşt bölgəsində baş verdiyi deyilib.
Silahlı qarşıdurmanın hansı qruplaşma ilə baş verdiyi barədə məlumat yoxdur.


Oxşar Xəbərlər

Xəbər lenti