Daş karxanasında faciə: İşçi tikə-tikə oldu

Bakıda fəaliyyət göstərən daş karxanalarından birində dəhşətli hadisə baş verib.
Sozcu.info Bakupost.az-a istinadla xəbər verir ki, hadisə dünən saat 18:15 radələrində Qızıldaş qəsəbəsində yerləşən “Qaradağ ASC”yə məxsus karxanada qeydə alınıb.
Orada işləyən maşınist Astara rayon sakini 1973-cü il təvəllüdlü Əbülfəz Hacıyev daş kəsən kombaynın mişarına düşərək ölüb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti