"Toyumda Röya Ayxan təbrik yazırsa, siz KİMSİNİZ?"
Polis əməliyyat keçirdi -
153 nəfər saxlanıldı
“Vesta Construction” qalmaqalı həbslə bitdi -
eyni mənzil bir neçə nəfərə satılıb
Prezident:
SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bu gündən Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb
XİN-də işləmək istəyənlərin nəzərinə! –
Qaydalar dəyişdi
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” –
Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Zelenski Azərbaycana gəldi -
FOTOLAR
Bağça müdiri olmaq istəyənlərin diqqətinə!
Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyində gənclərlə görüş keçirilib
-Foto
TƏCİLİ:
Prezidentdən icra hakimiyyətləri ilə bağlı MÜHÜM FƏRMAN
Əvvəlki
Sonrakı
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
HACIBALA ABUTALIBOVUN CƏZASINI ÇƏKƏN MÜAVİNİ…
- Rasim Quliyev: “Mən etmədiyim cinayət əməllərində ittiham olunuram”
Xəbər verdiyimiz kimi, dünən – dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq aparat rəhbəri Rasim Quliyevə hökm oxunub.
Xatırladaq ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyev son söz deyib. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Nəticədə, dövlət ittihamçısı çıxışında R.Quliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, Azərbaycan Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3 il müddətində azadlıqdan məhrumetmə cəzası ilə hökm çıxarılıb.
Hurriyyet.az
Rasim Quliyevin məhkəmədə səsləndirdiyi “son söz”ünü oxucularına təqdim edir:
“Hörmətli hakim, məhkəmə heyəti, hörmətli iştirakçılar!
Sabah 60 illik yubileyini qeyd edəcəyimiz dünya azərbaycanlılarının lideri, 2020-ci il dünyanın ən həmrəy xalqı kimi Azərbaycanlıları birləşdirib zəfər zirvəsinə yüksələn Möhtərəm Prezident və qalib sərkərdə İlham Əliyevin dogum günüdür, mən bu münasibətlə xalqmızı və liderimizi ürəkdən təbrik edirəm.
2019-ci ildə Prezidentimizə «Resurs» AİM olaraq biz «İlham Əliyevin fəlsəfəsi: Bir portret haqqında düşüncələr” adlı analitik məqalə həsr etmişdik. Biz o cizgiləri, o şəxsi keyfiyyətləri qeyd etmişdik ki, 2020-ci ildə Ali Baş Komandan müdrik və cəsarətli rəhbərliyi ilə xalqı birliyə, ordunu qələbəyə apardı və işğaldan azad olunmuş torpaqlarımızda bayrağımızı ucaltdı. 2020-ci ildə biz həmin analitik materiala baxdıq ki, necə də sözbəsöz aktualdır və yenidən dərc etdik. Mən xahiş etdim ki, bəzi əlavələrimi etmək şərti ilə, bir daha həmin analitik məqaləni SƏS İnformasiya Agentliyində və SƏS qəzetində dərc etsinlər. Bu, bizdən cənab Prezidentimizin 60 illik yubileyinə hədiyyə olsun. Bizim mövqeyimiz budur və heç kimə, heç nəyə görə mövqeyimizi dəyişən deyilik.
Sizə hörmət və ehtiramımı bildirərək çıxışıma Ümummilli Lider Heydər Əliyevin sözlərindən sitat gətirməklə başlayıram. «Dövlət iki şeydən sarsılır: bir, cinayətkar cəzasız qalanda, iki, günahsız adam cəzalandırılanda».
Mən sosioloq araşdırmaçı kimi bəzi anlayışlara aydınlıq gətirmək istəyirəm. Ədalət məhkəməsi adlandırılan məhkəmə prosesində ədalətli qərarların qəbul olunması üçün sözsüz ki, dəlil sübutların tədqiqi və təhlilinə ədalətli, qərəzsiz vicdanlı yanaşma ən vacib şərtdir. Bəs ədalət nədir, onun ölçü vahidi və forması necədir? Baş vermiş hər hansı hadisə, dəlil, sübutlar və faktlar maddidir, ədalət və vicdan isə mənəvi dəyərlərdir, deməli, maddi dəyərlərin qiymətləndirilməsi mənəvi dəyərlərlə ölçülür, bu belə də olmalıdır, çünki söhbət insan faktorundan gedir. Çünki ittiham olunan da, qiymətləndirməli olan da insandır. İnsan isə cisimlə bərabər mənəvi-psixoloji varlıqdır. Bəs insan nədir, bəs ədalətin ölçü vahidi hansıdır?
İnsan hüquqları, vətəndaş hüquqları qəbul olunmuş hüquqi normativlər çərçivəsində insanların hərəkət və hərəkətsizlik trayektoriyasıdır. Bu daha çox maddi yanaşmadır, insan haqqları və yaxud insanın haqqı isə daha çox mənəvi dəyərləri özündə etiva edir. Haqq nədir? Həqiqət nədir?
Həqiqət bir cür olur, iki cür həqiqət ola bilməz. Əsil həqiqət isə əbədi və əzəli haqq olan Allah-Taaladır, qalan bütün şeylər daimi olmayan, müvəqqəti və keçicidir. Həqiqət haqqdır, haqq Allah-Taaladır. Haqqın insandakı təcəllisi Allahın insana əmanəti və nişanəsi insanın ruhudur. Sizdə də məndə də olan ruhumuz bizim haqqdan olan nişanəmizdir - bizim haqqımızdır. İçimizdəki haqlının haqqını vermək, haqqa girməmək, haqqı tapdalamamaq hissi, içimizin səsi, elmi-kommunizmin və ateizmin termini ilə ifadə etsək vicdanın səsi əslində içimizdəki imanın ruhun və haqqın səsidir və o maddi varlıq olmadığı üçün səsi qulaqlar duymaz, çünki o səs ruh dilində danışır. Onu insanlar vicdanın səsi və qəlbin səsi, içimdən gələn bir səs kimi ifadə edirlər. Ədalət haqqı və həqiqəti tanımaqdır, Allahın haqqını və Allahdan insanda olan haqqı tanımaqdır. Haqqı tapdalamaqdan qorxmaqdır, haqqa girməkdən qorxmaqdır. Çünki zəifin, məzlumun haqqı Allahın haqqıdır. Əbədi və əzəli olaraq bütün mülklərin tək və şəriksiz sahibi, Qadir və Qüdrətli, Ucalardan Uca Allah heç kimin haqqını heç kimdə qoymaz, çünki haqq olan haqq sahibi Odur.
Haqqıma girməkdən qorxun. Quran ayəsində deyilir ki,
«Əmanəti verdik göylərə qəbul etmədi, verdik dağlara qəbul etmədi, verdik insana qəbul etdi. Necədə cahil və zalımdır».
Cahildir ki, göylərin, dağların qorxaraq qəbul etmədiyi əmanəti qəbul etdi. Zalımdır ki, əmanəti qoruya bilməyənlər, əmanətə xəyanət edən zalımlar özlərinə zülm etmiş olarlar. Bəs əmanət nədir? Əmanət ədalətdir, haqqı tanımaqdır, haqqa girməməkdir. Əhd-peymandır, yetim malıdır, məzlum haqqıdır.
Yaradılışda məxluqatdan olan adamın kamillik yolu mənəvi, elmi, ruhi və fiziki tərəfləri əhatə etməklə onu insanlıq zirvəsinə ucaldır. Haqqı dərk edir, haqqdan qorxur və ədalətli olur. Mən sadə dildə, qısa şəkildə bu mövzuda danışmaqla heç kimə dərs keçmək istəmirəm, sadəcə olaraq haqqımda hökm verməli olanlara özümü tanıdıram. Mən insanın, özümün səmimi həyatımın heç bir saatını da yalan, riya ilə zəhərləyib ruhuma və vücuduma əziyyət verə bilmərəm. Bütün məhkəmə prosesində səmimi olmuşam. Bəs mənə qarşı irəli sürülən ittiham və prosesdə ortaya qoyulan dəlil sübutlar ittihamçı tərəfindən ədalətli qiymətləndirilirmi?
Mən müstəqilliyin əldə olunması, milli dövlətimizin qurulması, dövlətçiliyimizin inkişafında həmişə aktiv iştirak etmişəm. Fəaliyyətimdə həmişə səmimi olmuşam. İşlədiyim sahədə, o cümlədən, dövlət qulluğunda əlimdən gəldiyi və bacardığım qədər səmimiyyət və sədaqətlə dövlətimə xalqıma xidmət göstərərək öz sahəmdə vətəndaş məmnunluğunun təmin olunmasına çalışmışam və xidmətimə görə cənab Prezident tərəfindən medalla təltif olunmuşam. Yaxşı, bir sual məni düşündürür. Niyə mən? Nə üçün mənə qarşı bu qədər və qərəzli ambisioz münasibət? Axı mən millətimi, xalqımı sevirəm, dövlətimə, Prezidentə sadiqəm.
Möhtərəm Prezidentimiz «Qarabağ» futbol klubunun üzvlərini qəbul edərkən bizim futbolçuların rəqib qapısına vurduğu qolu hesaba almayan referi haqda dedi ki, “Görmədi? Kor idi? Yan xətt hakimi də görmədi? O da kor idi? Bəs bu korlar necə oyun idarə edirlər?”
Prezidentimizin bu sözləri nəyi göstərir? Deməli, möhtərəm Prezidentimiz bir vətənpərvər, patriot lider kimi xalqımızla bağlı hər bir detala diqqət yetirir, lazım gələndə açıq və dəqiq münasibətini ifadə edir. İnanıram ki, cənab Prezidentin diqqətindən heç nə yayınmır. Bizim proseslə bağlı isə ictimai-siyasi xadimlər, mətbuat rəhbərləri, QHT nümayəndələri, tanınmış ictimai fəallar və ziyalıların möhtərəm Prezidentə müraciətinə də öz münasibətini bildirəcək. Mən fürsətdən istifadə edib, onlara da minnətdarlığımı bildirirəm.
Möhtərəm hakim, hörmətli proses iştirakçıları hörmətli media nümayəndələri!
Hamınıza məlum olduğu kimi, mən Rasim Quliyev əsassız olaraq etmədiyim cinayət əməllərində ittiham olunuram. Mən daima dövlətçiliyə, Prezidentimizə xidmət etmişəm və harda olacağımdan asılı olmayaraq da mən bu əqidəmdən dönən deyiləm.
Mən, 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, 2010-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində Aparat rəhbəri vəzifəsini icra etmişəm. Müzakirə olunan bu tikintiyə 2012-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən icazə verilib və müvafiq sənədləşmə işləri orada söküntü, təmir-tikinti işləri başlayıb. Həmin zamanlarda hara necə nə ziyan dəyibsə mənim məlumatım olmayıb. Mənim məlumatım ola da bilməzdi, çünki mən Aparat rəhbəri idim, nə icra hakimiyyətinin başçısı idim, nə də ki, memarı. 2017-ci ildə mənə göstəriş verilib ki, rəhbərlik ilə razılaşdırılıb və sən İcra Hakimiyyətinin başçısının müavini vəzifəsinin səlahiyyətini müvəqqəti icra edəcəksən, yalnız ümumi nəzarət isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən həyata keçiriləcəkdir. Buna dair xüsusi Sərəncam da vardır, həmin Sərəncam da cinayət işinin materiallarındadır. Vəzifə səlahiyyətlərinin ötürülməsində isə məhkəmə istintaqı dövründə müxtəlif qurumlar və aidiyyatı şəxslər arasında yazışmalardan sübut olundu ki, heç vəzifə səlahiyyətləri də mənə düzgün ötürülməmişdir.
Məhkəmə prosesində də məlum oldu ki, mənim adıçəkilən tikinti şirkəti haqqında və aparılmış işlər barədə heç bir məlumatım olmayıb. Bu məhkəmə istintaqı sənədlərindən də tam sübut olunur, tikinti şirkətinin rəhbəri də ifadəsində bunu xüsusi qeyd etmişdir. Mənim bu məsələyə hər hansı bir aidiyyətim olmayıb. 2018-ci ildə mənim tərəfimdən imzalanmış Sərəncam isə artıq sökülmüş, sakinləri köçürülmüş, 5 mərtəbəsi yenidən inşa edilmiş binada tikinti işlərinin davam etdirilməsi üçün, həmin vaxt qüvvədə olan 2012 və 2015-ci illərin Sərəncamlarına istinadən verilmişdir. Bu Sərəncam İcra Haikmiyyətinin memarlıq baş idarəsi tərəfindən hazırlanmış, aidiyyatı qurumlar tərəfindən rəsmi rəylər təqdim olunmuş və bu səbəbdən tərəfimdən tikintinin davam etdirilməsinə icarə verilmişdir. Mən memar deyildim, mən tikinti mütəxəssisi deyildim, mən yalnız verilmiş rəylərə əsasən və daha öncə verilmiş və həmin zaman qüvvədə olmuş Sərəncamlara istinadən yeni Sərəncam vermişəm. Bir sözlə, bu mövcud rəylər aidiyyatı mütəxəssislər tərəfindən verilir, və rəylər ola-ola mənim həmin Sərəncamı verməməyə bir əsasım da yox idi. Necə ki, məhkəmə və istintaq misal üçün ölüm işində ekspertiza təyin edir və daha sonra cinayət işində həmin ekspertiza rəylərinə istinad edilir. Mən də həmin rəylərə istinad etmişəm və Sərəncam vermişəm. Məhkəmə prosesində bu məsələsə tam olaraq sübut olunmuşdur, bunu da biz hamımız bilirik, hörmətli prokuror da bilir, digər proses iştirakçıları da çox gözəl anlayırlar.
Möhtərəm hakim!
Sizin üzərinizə böyük yük düşür. Siz bu gün ədalətli qərar qəbul etməklə, hüququn və vicdanın aliliyinin qorunmasını təmin etməklə, eyni zamanda hüquqşünas həmkarlarınızın xətasını düzəltmiş olacaqsınız. Sanki dostunuzu səhvdən, oddan, atəşdən qorumaq üçün ona əlinizi uzadıb xilas etməlisiniz. Bu gün bəlkə onun xoşuna gəlməyə bilər, ilk baxışda öz səhvini görməyə bilər, bəlkə də təkəbbür edər, amma ilahi ədalət təcəlli edəndə sizə minnətdar olacaq. Mən bir daha qeyd edirəm ki, mən tam olaraq özümü təqsirsiz hesab edirəm, mən qanunsuz heç bir şey etməmişəm və bunu cinayət işinin materialları, o cümlədən şahid ifadələri, zərərçəkən kimi tanınan tərəflərin zərərin forması, mahiyyəti, dəyəri barədə məhkəməyə heç bir sənəd təqdim edə bilməmələri sübut edir. Burada əsil zərərçəkən mən, ailəm və dostlarımdır.
Sizdən Allaha və Qanuna əsaslanaraq ədalətli qərar qəbul edərək, mənə bəraət verilməsini xahiş edirəm.
Sizə hörmət və ehtiramımı bir daha ifadə edərək xatırladıram ki, hökm Allahındır, insan sadəcə olaraq, öz imtahanını verir, öz yazısını yazır.
Diqqətiniz üçün təşəkkür edirəm”.
Hazırladı: KƏNAN
Redaksiyadan:
Qeyd edək ki, biz, “Hürriyyət” olaraq, Rasim Quliyevin məhkəmə proseslərini diqqətlə izləmişik. Onun bütün çıxışları, eləcə də dünən məhkəmədə səsləndirdiyi “son söz” və barəsində heç bir dəlil-subutun olmaması belə deməyə əsas verir ki, özünün də dediyi kimi, Rasim Quliyev günahsız yerə həbs olunub. Onun yeganə “günahı” o idi ki, məhkəmədəki çıxışlarından əsl günahkarların adını çəkmədi, belə desək, susqunluğu ilə bütün məsuliyyəti öz üzərinə götürdü. Halbuki, bu gün hər kəsə bəllidir ki, R.Quliyev BŞİH-in keçmiş rəhbəri Hacıbala Abutalıbovun və illərdir təmsil olunduğu hakimiyyətdəki korrupsioner məmurların cəzasını çəkir. Lakin, inanırıq ki, tezliklə haqq-ədalət öz yerini tapacaq və rasim quliyevlər deyil, gerçək cinayətkarlar, illərdir korrupsiya və rüşvətlə dövlətimizi söküb-talayanlar məhkəmə qarşısında cavab verməli olacaqlar.
Oxşar Xəbərlər
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbərinə hökm oxunub
Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənilib
Rasim Quliyevin məhkəməsində şahid: “
Narkotacir 15 il azadlıqdan məhrum edilib
Xəbər lenti
"Toyumda Röya Ayxan təbrik yazırsa, siz KİMSİNİZ?"
Polis əməliyyat keçirdi -
153 nəfər saxlanıldı
Küba qaranlıq astanasında
- Rusiya nefti enerji böhranını həll edə bilmir
“Vesta Construction” qalmaqalı həbslə bitdi -
eyni mənzil bir neçə nəfərə satılıb
75 yaşlı kişi ölü tapıldı
Prezident:
SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Müavinət və təqaüd alanlarla bağlı MÜHÜM MƏLUMAT
Bu gündən Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb
XİN-də işləmək istəyənlərin nəzərinə! –
Qaydalar dəyişdi
Birdəfəlik maddi yardımı bu şəxslər alacaq
Maşın ağaca çırpıldı:
Ölən və yaralananan var
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” –
Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Zelenski Azərbaycana gəldi -
FOTOLAR
İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ
Bağça müdiri olmaq istəyənlərin diqqətinə!
Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyində gənclərlə görüş keçirilib
-Foto
TƏCİLİ:
Prezidentdən icra hakimiyyətləri ilə bağlı MÜHÜM FƏRMAN
Əli Əsədov yeni əmr İMZALADI
Müəllimlərin işə qəbulu ilə bağlı ödənişin məbləği
TƏSDİQLƏNDİ
Azərbaycan səmasında parlaq izlər görünə bilər
DİQQƏT -
Azərbaycan səmasında parlaq izlər görünə bilər
Sumqayıtda “Mercedes” körpüdən aşdı -
Ölən var
Son insidentlə bağlı bütün rəhbər heyət... -
Metropoliten
Bu ərazilərdə işıq olmayacaq
Nazir özünə yeni müşavir təyin etdi -
FOTO
Saxlanan İran gəmisi Çindən məxfi yük daşıyırdı -
Tramp
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edildi
Tatlısesin sərvəti açıqlandı - 58 mənzil və...
Bakıda sənədsiz evlər söküləcək -
Kompensasiya kimlərə veriləcək?
Bakıda və rayonlarda hava necə olacaq? -
TAM PROQNOZ
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Azərbaycana xaricdən ət gətirilməsi artıb –
RƏSMİ
Prezidentdən Natiq İbrahimovla bağlı
SƏRƏNCAM
Məktəblərdə tətil vaxtı dəyişdi - RƏSMİ
51 ixtisasdan birinə malik olmaq Qazaxıstana yerləşmək üçün bəsdir
BDU-da elmi seminar keçirilib
- TEYMUR QASIMLI MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB / FOTO
Xəzərlə bağlı həyəcan təbili:Fəlakət yaşana bilər
Ağstafada ağır QƏZA -
Xəsarət alanlar var
TƏCİLİ: Səfərbərlik xidmətinin rayon şöbələrində ƏMƏLİYYAT: Saxlanılanlar var
Bakı metrosunda hərəkət tam bərpa OLUNDU
Nazir aparat rəhbəri və müşavir təyin etdi –
FOTO
Sabah bütün sosial ödənişlər yekunlaşacaq
SON DƏQİQƏ!
Güclü partlayış oldu
Türk milyarderin satdığı 73 illik zavod BAĞLANDI
TƏBİB-dən kadr dəyişiklikləri ilə bağlı AÇIQLAMA
Məhkəmə Rəqsanə barəsində qərar verdi
Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycan nefti yenidən BAHALAŞDI
PRİZMA
BDU-da elmi seminar keçirilib
- TEYMUR QASIMLI MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB / FOTO
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Müavinət və təqaüd alanlarla bağlı MÜHÜM MƏLUMAT
Birdəfəlik maddi yardımı bu şəxslər alacaq
İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ
Bu ərazilərdə işıq olmayacaq
Bakıda və rayonlarda hava necə olacaq? -
TAM PROQNOZ
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?