104 illik şərəfli yol gələn Müzəffər Azərbaycan Ordusu, bayramın mübarək!

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti öncə ordu quruculuğuna başladi. Çünki ordu və donanma yaratmadan dövlət müstəqilliyinə nail olmaq mümkün deyildi. Hökumət tərəfindən də 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. Ölkədə səfərbərlik elan edildi, hərbi qulluğa çağırış başladı və nəhayət 1918-ci il noyabrın 1-də isə Hərbi nazirlik yaradıldı.O illərdə hərbi nazir Səməd bəy Mehmandarov, müavini Əliağa Şıxlinski tərəfindən də ordu sahəsində yeni uğurlar əldə olundu.

Həqiqətən də, 104 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 26 iyun tarixli fərmanı iləAzərbaycan Milli Ordusu yaradılması tarixi hadisə idiMəhz həmin ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etmişdir.
Qeyd edim ki, 1969-cu ildə görkəmli dövlət xadimi, böyük siyasətçi, Azərbaycan rəhbərliyinə irəli çəkilən Heydər Əliyev milli mənafelərə xidmət göstərməklə, respublikamızda tərəqqiyə, elmin, təhsilin yüksəldilməsinə və azərbaycanlıhərbiçi kadrların artırılmasına nail olmaq üçün düşünülmüşsiyasət yeritməyə nail olmuşdu. Ümummilli lider HeydərƏliyevin C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbiyaratmasıeləcə də azərbaycanlı gənclərin Bakı Ali BirləşmişKomandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinəkeçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərləqəbul olunmasında xidmətləri  böyükdürSonradan BirinciQarabağ müharibəsində də yenicə yaranan ordunun əsgərvə zabit heyətini həmin hərbiçi gənclərimiz təşkil etmişonlarda Azərbaycanın ərazi bütövlüyünü qəhrəmancasınaqorumuşdur.
Ulu Öndər Heydər Əliyev həmişə ordu quruculuğunahəssaslıqla yanaşır, böyük diqqət yetirirdi1993-cü ilinyayında Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğuistiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin hərbitəhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu ildə Hərbi Akademiyanın yaradılması, 2001-ci ildə isə Azərbaycan Ali Hərbi MəktəbiAzərbaycan Hərbi DənizçilikMəktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi ilə bağlı imzaladığı fərmanlar bunu bir daha sübutedir.
Təsadüfi deyil ki, 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü il mayın 4-də Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. Azərbaycan NATO ilə bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarındaiştirak edərək ən son hərbi yenilikləri mənimsədilərBeynəlxalq sülhməramlı qüvvələrin tərkibində KosovodaƏfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıranAzərbaycan Ordusu modern orduya çevrildi.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevinrəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilənmüdrik siyasət nəticəsində Azərbaycan Ordusu CənubiQafqazın ən güclü ordusuna çevrilibPrezident İlham Əliyevordu quruculuğu ilə əlaqədar öz çıxışların birində demişdir: “Biz elə bir güclü ordu yaratmışıq kiistənilən vəzifəni icra edə bilərikOrdumuzun müasir texnika ilə təchizatımüntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsihərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkibhissəsidir.”Hazırda Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da böyük fəxarətdir!
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də  əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə də imza atdı. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi erməni işğalından azad edildi.

Bəli, Azərbaycan Ordusunun qalibiyyətini, böyük Zəfər sevincini Ali Baş Komandan İlham Əliyev bütün dünyaya 44 günlük Vətən müharibəsində bir daha bəyan etdi. Ermənifaşistlərinə qarşı döyüşən Müzəffər Azərbaycan Ordusununoğulları sözün həqiqi mənasında əsl tarix yazdılarAnalarından böyük əxlaq tərbiyəsi alan oğullarımız ölümün gözünə dik baxaraqcanlarını Vətən yolundael yolunda dasipər etdilərOnlardan biri də FüzuliCəbrayılXocavənuğrunda döyüşlərdə iştirak edən, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan oğlum ƏlihüseynMəmmədovdur. Vətən müharibəsində Müzəffər AzərbaycanOrdusunun əsgərlərindən biri olan oğlum Əlihüseyn mənfurdüşmənə qarşı son damla qanına qədər döyüşmüşdü. Mən də fəxr edirəm kierməni faşistləri ilə təkbətək döyüşdə əslkişi kimi vuruşaraqdüşməni məhv etməyi bacaranAzərbaycan əsgərinin – şəhid Əlihüseyn Məmmədovunanasıyamİndi biz analar çox arxayınıq ki, 104 illik şərəfli yol gələn Müzəffər Azərbaycan Ordusu dövlətin dayağıxalqıngüvənc yeri və qürur mənbəyidir.Tanrı Aszərbaycanıonunsərhədlərində mətin dayanan Müzəffər AzərbaycanOrdusunu qorusun!

Suraxanı rayonu, 226 nömrəli tam orta məltəbin direktoru Arzu Məmmədova



Oxşar Xəbərlər

Xəbər lenti