17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
İsrailin Qəzza şəhəri və ətrafına endirdiyi zərbələr nəticəsində son 24 saatda ölənlərin sayı 60-ı keçib.Bu barədə “Al Mayadeen” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyindəki mənbələrinə istinadla məlumat yayıb.Nazirliyin məlumatına görə, yaralananların sayı 200 nəfərə çatıb.2023-cü ilin oktyabrından Qəzza zolağında ölənlərin sayı 65 min 208 nəfərə çatıb, yaralananların sayı isə 166 min nəfəri keçib.Zolağın daha 442 sakini, o cümlədən 147 uşaq aclıqdan ölüb.“Maan” agentliyinin məlumatına görə, son 48 saat ərzində 270 mindən çox sakin Qəzzanı tərk edərək, humanitar zonanın yaradıldığı əl-Məvasi, həmçinin anklavın cənub hissəsindəki Rəfah və Xan Yunis bölgəsinə gedib. Agentliyin məlumatına görə, mühasirədə olan şəhərdə azı 900 min nəfər qalıb. \\Yeniavaz.com