Vətəndaş hüququnu qoruya bilmirsə... -Fotofakt

Anar Namiq oğlu Əfəndiyev paytaxtın Səbail rayon, Xaqani küçəsində Pünhan Vasif oğlu Məhərrəmovun hücumuna məruz qalıb. Paytaxtın mərkəzi ərazisində baş verən bu xuliqanlıq hadisəsi ərazidəki çoxsaylı videokamerlar tərəfindən də qeydə alınıb. Lakin istintaq bunları görməzdən gəlir.

Hadisə isə belə olub. Anar Əfəndiyev ötən il noyabr ayının 25-də, saat 23:30 radələrində evinə gedərkən Pünhan Məhərrəmovun və onunla bərabər olan iki şəxsin hücumuna məruz qalıb. Bu şəxslər paytaxtın mərkəzində Anar Əfəndiyevi təhqir etməyə və döyməyə başlayıblar. Anar Əfəndiyev hadisənin sabahısı Daxili İşlər Nazirliyini 102 xidmətinə müraciət edərək üzləşdiyi xuliqanlıq hərəkəti ilə bağlı məlumat vermişdir. Onun bu müraciəti əsasında araşdırma zamanı başlayıb. Araşdırma zamanı Anar Əfəndiyevi paytaxtın mərkəzində döyən şəxsləri Pünhan Məhərrəmovla bərabər Anar Azər oğlu Məmmədov və Rafiq adlı şəxs olub. Çox maraqlıdır ki, Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis leytenantı Səxavət Hacıyevin apardığı təhqiqat zamanı Rafiq adlı şəxsin kimliyinə aydınlıq gətirilməyib. Ən azından Anar Əfəndiyevin cinayət işinin başlanması tələbinin rədd edilməsi ilə bağlı müstəntiq Səxavət Hacıyevin qəbul etdiyi 04 fevral 2022-ci il tarixli Qərarda Rafiq adlı şəxsin kimliyinə aydınlıq gətirilməyib. Müstəntiq Səxavət Hacıyev Pünhan Məhərrəmovun və onunla birlikdə Anar Əfəndiyevi döyən Anar Məmmədovun ifadələrinə əsaslanaraq cinayət işinin başlanması tələbin rədd edilməsi haqqında Qərar qəbul edib. Bu məqam müstəntiq Səxavət Hacıyevin Qərarının qanunuliyini şübhə altına alır. Belə ki, Pünhan Məhərrəmov və Anar Məmmədovun ifadələrinə əsaslanan müstəntiq Səxavət Hacıyev Anar Əfəndiyevin şikayətindəki iddiaları əsassız hesab edib. 

Halbuki Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya BirliyiPublik Şəxsin Anar Əfəndiyevə verdiyi 03.02.2022-ci il tarixli 377 nömrəli ekspert rəyindən şikayətçinin döyülərkən zərər gördüyü təsdiq olunub. Anar Əfəndiyevin xəsarətləri ilə bağlı ekspert rəyində ətraflı bəhs edilir. Ancaq müstəntiq Səxavət Hacıyev Anar Əfəndiyev şikayətini də, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya BirliyiPublik Şəxsin Anar Əfəndiyevə verdiyi 033.02.2022-ci il tarixli 377 nömrəli ekspert rəyindən heçə sayaraq yalnız Pünhan Məhərrəmov və Anar Məmmədovun ifadələrini əsas götürüb. 

Pünhan Məhərrəmovun atasının sələmçiliklə məşğul olduğu da Anar Əfəndiyevin şikayətindən məlumdur. Belə olanda isə şübhələr yaranır ki, müstənqtiq Səxavət Hacıyev Anar Əfəndiyevin şikayəti üzrə cinayət işinin başlanmasını rədd edərkən qanunun aliliyini əsas götürməyib. Ümid edirik ki, prokurorluq müstənqtiq Səxavət Hacıyevin 04 fevral 2022-ci il tarixli cinayət işinin rədd edilməsi haqqındakı Qərarın ləğv edəcək. 

Vətəndaş hüququnu qoruya bilmirsə bu dövlətin əsaslarını sarsıdır. Ümummmilli lider Heydər Əliyev xəbərdarlıq edərək deyirdi ki, dövlət iki şeydən sarsıla bilər; Günahkar cəzasız qalanda ,günahsıza cəza veriləndə.

Sozcu.info





Oxşar Xəbərlər

Xəbər lenti