8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyədə güclü zəlzələ baş verib.
Sozcu.info xəbər verir ki, zəlzələ Kahramanmaraş, Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa və digər şəhərlərdə müxtəlif dərəcədə hiss edilib.
Malatyada 150-yə yaxın bina dağılıb, 3 ölü və xeyli sayda itkin var. Şanlıurfada zəlzələdən zərər çəkənlərin sayı daha çoxdur. İlkin məlumata görə, şəhərdə zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkədə 4-cü dərəcəli həyəcan təbili elan edilib. Nazir hələ ki, dağıntı və tələfat barədə konkret rəqəm səsləndirməyib.
***
İlkin məlumata görə, zəlzələnin episentri olan Kahramanmaraşda təbii fəlakət 7,4 bal gücündə hiss edilib.
Ən son məlumata görə, zəlzələ nəticəsində Malatyada 23 ölü, 420 yaralı, Şanlıurfada 18 ölü, 67 yaralı, Diyarbakırda 6 ölü, 79 yaralı, Osmaniyedə isə 5 ölü var.
Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb.
Bununla yanaşı, Malatyada 140 binanın uçduğu bildirilir.
qafqazinfo.az