Bu ölkədə dindarlar qətlə yetirilir, narkomanlar isə... - ŞOK FAKTLAR


Cənubi Koreyanın yaydığı 450 səhifəlik rəsmi hesabatda Şimali Koreya vətəndaşlarının ölüm cəzası tələb etməyən müxtəlif cinayətlərə görə edam edildiyi bildirilib.

Sozcu.info xəbər verir ki, 2017-2022-ci illər arasında ölkəni tərk edən 500-dən çox Şimali Koreya vətəndaşının verdiyi açıqlamalara əsasən, Şimali Koreya xalqının həyat haqqı təhlükə altındadır. Məlumata görə, Şimali Koreyada ölüm cəzası narkotik cinayətləri, Cənubi Koreya istehsalı videoların paylaşılması, dini fəaliyyətlər kimi səbəblərə görə verilir.

Kütləvi edamlar, işgəncələr və əsassız həbslərlə bağlı məlumatların yer aldığı hesabatda ictimai yerlərdə, həbs düşərgələrində və bir çox başqa yerlərdə dövlət tərəfindən insan hüquqlarının pozulması hallarına yol verildiyi də vurğulanıb. Hesabatda insanların saxlama mərkəzlərində öldürüldüyü və işgəncələrə məruz qaldığı, sərhədi keçməyə cəhd edən bəzi Şimali koreyalıların tutulduqdan dərhal sonra edam edildiyi bildirilib.

Cənubi Koreya lideri Yoon Suk Yeol bildirib ki, hesabat beynəlxalq ictimaiyyəti Şimali Koreyanın "dəhşətli" təcrübələri barədə məlumatlandırıb.

Cənubi Koreyanın yaydığı rəsmi məlumatlara görə, bu günə qədər təxminən 34.000 Şimali koreyalı Cənubi Koreyada məskunlaşıb. Lakin Şimali Koreya sərhəddə təhlükəsizliyi gücləndirdiyi üçün ölkədən qaçanların sayı kəskin şəkildə azalıb. Bildirilir ki, 2021-ci ildə Şimali Koreyadan Cənubi Koreyaya 63, 2022-ci ildə isə cəmi 67 nəfər qaçıb.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}