16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Musavat.com-a verilən məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.
Qeyd olunub ki, məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir".
Bildirilib ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.
***
Bakıda 20 nömrəli məktəbdə kütləvi zəhərlənmə olub.
Sozcu.info-ya daxil olan məlumata görə bu gün 20 nömrəli məktəb-liseyin bufetindən kütləvi zəhərlənmə olub. Şagirdlərin toyuq ətindən zəhərləndiyi bildirilir.
Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb.
Hazırda məktəbin qarşısında ona yaxın təcili yardım maşını var. Zəhərlənən şagirdlər huşsuz vəziyyətdə evakuasiya edilir.