Bu gün, 09:32
Dünən, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
İmişli rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.
"Report" xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Məmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Coşqun Tağıyevin sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə əks yola çıxmaqla ötmə əməliyyatı apararkən idarəetməni itirib aşaraq yol-nəqliyyat hadisəsi törədib. Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan sərnişinlər - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar. Sonuncu noyabrın 12-də aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı istintaq aparılır.