Bakıda yaşayış binasındakı yanğın söndürülüb - VİDEO


Bakının Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən 21 mərtəbəli binada başlayan yanğın söndürülüb.

***

Paytaxtın Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli binada başlayan yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

***

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Sozcu.info xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, “Yeni Yasamal” massivi, Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.

Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.

Hadisə yerinə yanğınsöndürənlər gəliblər.

report.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}