Təyyarə göydə alovlandı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR


Mayami Beynəlxalq Hava Limanından havaya qalxan "Boeing 747" təyyarəs göydə alşıb. Sozcu.info "Haber Global"a istinadən xəbər verir ki, dəhşətli görüntülər mobil telefon kamerası ilə lentə alınıb.

Məlumata görə, "Atlas Air" şirkətinə məxsus "Boeing 747-8" yük təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra mühərrikində nasazlıq səbəbindən Mayami Beynəlxalq Hava Limanına təcili eniş etməli olub.

"Ekipaj bütün standart prosedurlara riayət etməklə təhlükəsiz şəkildə Mayamiyə qayıdıb", - "Atlas Air"in açıqlamasında deyilir.

Mayami Beynəlxalq Hava Limanından bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Musavat.com




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}