Dünən, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Okeaniyada yerləşən Quam adasının yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.
Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, təbiət fəlakətinin ocağı adanın Merizo kəndindən 150 km aralıda yerləşib. Bakı vaxtı ilə 13:50-də qeydə alınmış yeraltı təkanların dərinliyi 52,9 km olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib, habelə sunami təhlükəsi hələlik elan olunmayıb. (Report)