ABŞ Yəməndəki obyektləri vurub

Sozcu.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının hərbi infrastrukturuna zərbələr endirib, husilərin HHM sistemini, yerüstü idarə sistemini və bir dronunu məhv edib. Bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) verib. Komadanlığın X şəbəkəsindəki hesabında zərbələrin aprelin 8-də, Səna vaxtı ilə saat 12.15-14.49 arasında endirildiyi bildirilir. 
ABŞ Mərkəzi Komandanlığı aprelin 7-də, Səna vaxtı ilə 08.00-da Yəmən ərazisindən Ədən körfəzinə doğru gəmiəleyhinə ballistik raket atıldığını da bəyan edib. Raket atılan zaman körfəzdə koalisiyanın gəmisi Böyük Britaniyaya məxsus, Marşal Adaları bayrağı altında və italyan heyəti ilə üzən "Hope Island" gəmisini müşayiət edirmiş.
ABŞ, koalisiya və ticarət gəmilərinin zədələnib-zədələnmədiyi, dağıntı, yaxud tələfat olub-olmadığı barəsində məlumat verilməyib. 



Oxşar Xəbərlər

Xəbər lenti