Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Füzulidə yol qəzası baş verib.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobil qarşıdan gələn VAZ markalı avtomobillə toqquşub.
Nəticədə VAZ-ın sürücüsü, Füzuli rayon sakini 1981-ci il təvəllüdlü Elgün Bəylərov hadisə yerində həyatını itirib.
“Toyota”nın sürücüsü, Qayıdış-4 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nicat Qafar oğlu Şükürov və sərnişin Füzuli rayon Qayıdış-5 qəsəbə sakini, 1981-ci il təvəllüdlü Səlim Mərdan oğlu İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.