Fələstinli model ailəsi ilə xeyriyyə tədbirində

Fələstinli model ailəsi ilə xeyriyyə tədbirində
Fələstinli model Cici Hadid özünü modellik sahəsində sınamağa başlayan bacısı Bella, qardaşı Ənvər və anası İolanda Fosterlə birlikdə xeyriyyə tədbirinə qatılıb.

sozcu.info xarici mətbuata istinadən xəbər verir ki, tanınmış ailə Layma (nevroloji xəstəlik) xəstəliyi ilə mübarizə təşkilatı olan “Global Lyme Alliance”nin yığıncağında iştirak edib. Mərasimdə Cici xəstəliklə mübarizə apardığı üçün anasını mükafatla təltif edib.

Qeyd edək ki, İolanda özü də 3 ildir ki, Layma xəstəliyindən əziyyət çəkir.


Oxşar Xəbərlər

Xəbər lenti