Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Xəzər rayonunda 20 yaşlı gənc dənizdə batıb.
Sozcu.info xəbər verir ki, hadisə çimərlik ərazisində qeydə alınıb.
2005-ci il təvəllüdlü Cavidan Tapdıqovun həyatını xilas etmək mümkün olmayıb.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.