17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində intihar hadisəsi baş verib. Yerli sakinlərin verdiyi məlumata görə, Zaur adlı şəxs yaşadığı mənzildə özünü asaraq həyatına son qoyub.
Mərhumun taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir. Qonşularının sözlərinə görə, Zaur sakit, zəhmətkeş insan olub və ailəsini dolandırmaq üçün günün böyük hissəsini işləyirmiş.
Hadisə şahidlərinin dediyinə görə, intiharın əsas səbəbi yaşadığı evin söküntüyə düşməsi olub. İddialara görə, mənzilin yerləşdiyi ərazi söküntü zonası elan edilib və tikinti şirkəti (MTK) tərəfindən Zaurun ailəsinə verilən kompensasiya ya çox az olub, ya da yeni ev üçün yetərli olmayıb. Bu vəziyyət onun ciddi psixoloji gərginlik keçirməsinə səbəb olub.
Məlumata görə, son günlərdə Zaur yaxın ətrafına dəfələrlə bu vəziyyətdən narazılığını bildirib. “Evim əlimdən gedir?” sözləri onun son söhbətlərində tez-tez dilə gətirdiyi ifadə olub.
A.N
Sozcu.info