15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub.
"Report”un Gürcüstan bürosunun xəbərinə görə, yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və "Lada” markalı minik maşını toqquşub. Nəticədə 9 azərbaycanlı xəsarət alıb.
Xəsarət alanların qohumlari "Report”a bildiriblər ki, marşrut taksisində olan 8 azərbaycanlı Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.
Xəsarət alanlar Rustavi Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzada xəsarət alan azərbaycanlılardan 8-i Gürcüstan, biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının bud-çanaq hissəsindən ağır travma aldığı bildirilir.