Rüşvət alan məmura cinayət işi açıldı - AZƏRBAYCANDA

Rüşvət alan məmura cinayət işi açıldı - AZƏRBAYCANDA

 

Azərbaycanda rüşvət alan vəzifəli şəxs barəsində cinayət işi başlanıb.

Sozcu.info open.az-a istinadən xəbər verir ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Osmanov Ağa Qədir oğlu barəsində Cinayət Məcəlləsinin 311-cu(rüşvət) maddəsi ilə cinayət işi başlanıb. Başlanmış cinayət işinin ibtidai istintaq artıq başa çatıb.

Sabiq icra nümayəndəsinin işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə məhkəmənin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə baxılacaq.



Oxşar Xəbərlər

Xəbər lenti