Deputatlığa namizəddən rüşvət alan şəxs həbs edildi - AZƏRBAYCANDA

 

Deputatlığa və hakimliyə namizədlərdən rüşvət almaqda təqsirləndirilən Elnur Babayevin cinayət işinin istintaqı yekunlaşıb.


 Elnur Babayev təqsirləndirilməsinə dair cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.

Qeyd edək ki, Elnur Babayev Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdara rüşvət almaqda) təqsirləndirilir. İş üzrə Akif Şəmiddin oğlu Rəhimov və Elvar Mirzələkbər oğlu Xəlilov zərərçəkən şəxslər qismində tanınıblar.

Onu da qeyd edək ki, zərərçəkmiş Akif Rəhimov 2015-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olub.

Digər zərərçəkən Elvar Xəlilov isə hüquqşünasdır. O, 2009-cu ildə hakimiliyə namizədlərdən olub


Oxşar Xəbərlər

Xəbər lenti