Keçmiş MTN generalının məhkəməsində DTX əməkdaşı ifadə verib

Keçmiş MTN generalının məhkəməsində DTX əməkdaşı ifadə verib

 

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sozcu.info xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elşən Tağıyevin epizodu üzrə şahid qismində, DTX əməkdaşı Xalid Əliyev ifadə verib.

O bildirib ki, E.Tağıyevin nazirliyə dəvət edilməai intihar etmiş İlqar Əliyevin göstərişi əsasında olub: "Biz Elşən Tağıyevin işlədiyi klinikanın qarşınına üç nəfər getmişdik. İlqar Əliyevdən göstəriş alandan sonra mənim maşınımla getdik. Azər müəllim işi icra edən şəxs idi. Elşən Tağıyev klinikadan 3-4 nəfərlə birgə çıxanda ona yaxınlaşdıq və nazirliyə dəvət etdik. O, da öz maşını ilə getmək təklifini etdi. Azər müəllim də onunla birgə nazirıiyə gəldi".

Təqsirləndirilən E.Quliyev deyib ki, nazirliyin inzibati binasına nazir və onun müavinin icazəsi olmadan buraxılış məntəqsindən içəri buraxılmır.

Daha sonra zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzə şagid qismində Tofiq Hümbətov dindirilib. O, zərərçəkmiş M.Mustafayev və intihat etmiş Malik Mustafayevin qaynı olduğnu söyləyib:"2014-cü ildə küçəyə çıxanda çoxlu maşınlar gördüm. Qonşular dedi ki, vəhabilərlə bağlı əməliyyat keçirilir. Sonra isə bildirildi ki, qonşunun evində səhv əməliyyat aparılıb. Daha sonra axşam tərəfi maşını qarajda işə salan zaman içəri qaramaskalılar daxil oldu. Onlar səs salmamağımı tələb etdilər. Dedilər ki, Mətləb Mustafayevlə bağlı evdə axtarış aparılacaq. Yoldaşım "Quran" kitabını əlinə aldı ki, and için. Bir nəfər çölə çıxıb zəng etdi. Qayıdanda "qorxmayın" söylədi. Sonra axtarış apardılar. Həmçinin hasardan keçib qardaşımgilin evini də axtardılar. Onlar Mətləbə aid flaşka və sənəd axtardıqlarını dedilər. 4 saat axtaışdan sonra heç nə tapmadılar. Sənədə qol çəkdim, orada da geç nə tapılmadığı qeyd olunmuşdu".

O, qaynı M.Mustafayevin intihar etməsinin MTN-də olan haqsızlıqlarla bağlı olduğunu deyib.

E.Quliyev isə qeyd edib ki, M.Mustafayevin intihar etməsi qardaşı Mətləb Mustafayevlə bağlıdır. 

Məhkəmənin növbəti iclası sentabrın 8-nə təyin edilib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi./report/



Oxşar Xəbərlər

Xəbər lenti