27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Öz yaxın qohumu Soltan bəyi bazarkomluq taxt-tacından dığırlayandan sonra Teymur Bağırov oldu külli-ixtiyar sahibi və bəyan etdi ki, Tovuzda mənəm, Bağdadda da Kor Xəlifə. Kimin hünəri varsa mənə çəpəki baxırsa canını odlara yaxaram.
Teymur bəy bazara təzə nırx qoyaraq rüsum haqlarını birə beş artırdı. Ən çox zərər çəkənlər isə ət satanlar oldu. Olduqca təəccüblü və maraqlıdır ki, Teymur bəy bazarda satılan ətlərin həkim müayinəsindən keçməsinə qadağa qoyub. Bazarın baytar həkimini qovub. Elə bu səbəbdən də bazarda satılan ətlərin mənşəyi bilinmir, at ətidir, eşşək ətidir, yoxsa inək, qoyun, camış. Bu bir yana. Müayinə edilməyən ətlər bəlkə də qarayara, bürsülyoz, yaxud da digər xəstəliklərə düçardır, bax bu alıcılar üçün qaranlıq qalır Tovuz rayon baytarlıq idarəsinin baş həkimi Zülfüqar bəy baytar həkiminin qanunsuz olaraq bazardan qovullması barədə icra hakimiyyətinin başçısı Tofiq Zeynalova, polis şöbəsinə müraciət etsə də bir faydası olmayıb.
Bu xoşagəlməz vəziyyət barədə Respublika Baş Baytarlıq İdarəsinin rəisi Azər həkimə sorğu verdikdə baş həkim təəccüblənərək dedi: - Bazarkomun nə səlahiyyəti var ki, baytar həkimini bazardan qovur. Məgər o bilmir ki, satışa çıxarılan ət mütləq həkim müayinəsindən keçməlidir. Görünür bazarın pulları Teymur kişinin gözləri örtüb.
Azər bəyin bəyanatından sonra belə fikirləşmək olar ki, hər şey qaydasına düşəcək, şəhər və kənd camaatı xəstə, murdar kəsilən ətdən yaxalarını qurtaracaqlar. Ancaq keçmiş polis işçisi olan Teymur da Teymurdur ha! Çətin ki, bu problem öz həllini tapa?!
Səhrəd Məmmədov,
"Yeni Sözçü"qəzeti