Qardaşını güllələyib öldürən hakim qarşısında - torpaq davası

Torpaq üstündə qardaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun məhkəməsi keçirilib.

Mahmud Ağalarovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ş.Məhərrəmovun himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı var, həyat yoldaşı isə vəfat edib.

Məlumata görə, 1972-ci ildə Ermənistanın Amasya rayonunda anadan olan Şirxan Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitunda gözətçi işləyib.

Təqsirləndirilən şəxs ittiham aktını almadığı üçün hazırlıq iclası aprelin 3-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2017-ci il oktyabrın 30-da Xızı rayonun Yarımça kəndində baş verib. 1972-ci il təvəllüdlü Məhərrəmov Şirxan Həsən oğlu qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi vəfat edib.

İki qardaş arasında uzun müddət torpaq sahəsi üstündə münaqişə varmış. Onlar növbəti dəfə mübahisə ediblər və bu zaman Şirxan Məhərrəmov 16 kalibrli təklüləli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb. S.Məhərrəmov hadisə yerində ölüb.

İlkin Muradov,
Musavat.com

Oxşar Xəbərlər

Xəbər lenti