"Prezidentin müşavirəsində başını aşağı salan məmurlar..." - QƏNİRƏ PAŞAYEVA

"Prezidentin müşavirəsində başını aşağı salan məmurlar..." - QƏNİRƏ PAŞAYEVA

 

"Prezident İlham Əliyevin ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirdiyi müşavirə, əslində, bütün qurumlara bir xəbərdarlıq idi. Cənab prezidentin müşavirəsində başını aşağı salıb duran bəzi məmurlar dövlət başçısının sərt tənqid və xəbərdarlığından, inşallah, nəticə çıxaracaq”.

Sozcu.info  xəbər verir ki, bu sözləri deputat Qənirə Paşayeva sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, dövlət başçısı xalqın məmurlara demək istədiklərinin hamısını ciddi narazılıq və sərt xəbərdaqlıqla söyləyib:

"Cənab Prezident hər zaman söylədiyi "biz hamımız, məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik” yanaşmasını bu müşavirədə də ortaya qoydu. Görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək, ölkənin enerji sistemində yaranan problemin səbəbkarları qanun qarşısında cavab verəcəklər. Cənab prezident bunu çox ciddi məsələ kimi qeyd etdi və irəli sürülən səbəbləri əsaslı hesab etmədiyini açıq şəkildə bildirdi. "Azərenerji” prezidentinin qəzanın səbəbləri ilə bağlı açıqlamasına isə ən gözəl cavabı cənab Prezident verdi. "Utanmalısınız” dedi. Utanmalısınız xalq və ölkə qarşısında. Xalqa nə qədər əziyyət verdiyinizdən utanmalısınız dedi. Cənab prezident vətəndaşlara təşəkkürü xüsusi vurğuladı. Kritik zamanda öz işinin öhdəsindən peşəkarlıqla gələn qurumları da vurğuladı. Çox ciddi mesajlar vardı”.

Deputat sonda qeyd edib ki, prezidentin insanların qəza ilə bağlı üzləşdiyi problemlərin qısa zamanda həlli ilə tapşırıqlarını bəzi qurumlar tezliklə həll etməlidir: "Özəlliklə isti yay günlərində bəzi yerlərdə su təhcizatı və elektrik enerjisi ilə bağlı yaranmış problemlər tez bir zamanda öz həllini tapmalıdır. Təşəkkürlər cənab prezident, hər zaman olduğu kimi, bu müşavirədə də xalqın mənafeyinin hər şeydən üstün olduğunu ortaya qoydunuz”.



Oxşar Xəbərlər

Xəbər lenti