8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bir neçə gündən sonra həbs müddətini başa vuran Tariyel Oniani (Taro) Rusiyadan deportasiya ediləcək və ölkədə «oğru tacı» uğrunda müharibə kəskinləşəcək.
Ən nüfuzlu «qanuni oğru» Tariyel Oniani (Taro) artıq gələn həftə azadlığa çıxır – onun cəza müddəti azaldılıb.
Cəzaçəkmə federal xidməti «qanuni oğru» üzərində 3 illik inzibati nəzarət tətbiq etmək cəhdi göstərib. Ancaq məhkəmə bunu rədd edib, çünki Oniani Rusiyadan deportasiya olunmalıdır. Onun azad olunmasından sonra «1 №-li qanuni oğru» postu uğrunda mübarizənin kəskinləşəcəyi gözlənilir.
2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi Onianini insan oğurluğu və kələkbazlıqda günahkar bilərək, 10 il azadlıqdan məhrum edib. İstintaqın gedişində nəzarət altında keçirdiyi müddət nəzərə alınmaqla, Taro 2019-cu ilin iyununda azadlığa çıxmalı idi. Ancaq hələ 2017-ci ildə «qanuni oğru» məhkəmə yolu ilə cəzasını azaldmağa (9 il 10 ay) nail ola bilib. İndi FCX-nin sənədlərində onun azadlığa çıxacağı yeni tarix 9 aprel 2019-cu il göstərilib. Başqa sözlə, artıq bir həftədən sonra ən nüfuzlu «qanuni oğru» türmə divarlarını tərk edəcək.
Bu hadisənin astanasında FCX məhkəməyə müraciət edib və azadlığa çıxandan sonra onun üzərində inzibati nəzarət qoyulmasını tələb edib. O cumlədən, Onianinin üzərinə iki aydan bir yaşayış yeri üzrə daxili işlər orqanlarında qeydiyyatdan keçmək və saat 22:00-dan səhər saat 06:00 qədər evdən kənara çıxmamaq öhdəliyi qoyulması tələb olunub.
FCX bunu belə izah edib ki, «qanuni oğru» cəza müddətini çəkərkən qoyulmuş qaydaları 253 dəfə pozub və buna görə, onu 2 dəfə karserə salıblar.
«Tərifi yoxdur. 21.10.2014-cü ildən lider və mənfi istiqamətli qruplaşmanın fəal iştirakçısı, həm də digər məhbuslara neqativ təsir göstərən şəxs kimi, profilaktik uçotda olub. Cəzasəkmə zamanı qoyulmuş qaydaları pozduğuna görə, Oniani dəfələrlə şər niyyətli pozucu kimi tanınıb. Hazırda o, cəzasını ciddi rejimdə çəkir. İctimai-faydalı fəaliyyətlə məşğul olmur, qohumları ilə müntəzəm əlaqə saxlamır. İnzibati rəhbərliyin nümayəndələri ilə özünü kobud aparır, korrek deyil, saxlanma rejimindən narazlıq edir. Xaraktercə qapalıdır, kobuddur, bicdir və ünsiyyətə meylli deyil. Kriminal submədəniyyət tərəfdarıdır» – deyə, FCX-nin məhkəməyə göndərdiyi materiallarda yazılıb.
Ancaq «Femida» quluqçuları Oniani üzərinə inzibati nəzarət qoulması iddiasını rədd ediblər. Bunu aşağıdakı səbəblərdən dolayı ediblər: 2018-ci ilin iyulunda Rusiya Federasiyası ədliyyə nazirinin müavini bir sərəncam imzalayıb. Sənədə görə, Oniani Rusiya ərazisində arzuolunmaz şəxs elan edilib. Azadlığa çıxandan dərhal sonra o, deportasiya olunmalıdır. Deməli, dəqiqlir ki, «qanuçu» Rusiyada qalmayacaq, Ona görə də onun üzərinə inzibati nəzarət qoymağa lüzum yoxdur.
Oniani «pul yuyulmasına» və cinayətkar qruplaşma yaratmağa görə, artıq İspaniyada axtarışa verilib – o, Rusiya türməsindən İspaniya türməsinə «köç etmək» təhlükəsi altındadır. Ancaq vəziyyətlə tanış olan mənbələrin fikrincə, onu Gürcüstana deportasiya edəcələr. Bu halda Taronun azadlıqda qalmaq və hansısa bir nisbi təhlükəsiz ölkədə «lövbər salmaq» şansı olacaq. Böyük hesabla, bu ölkə Türkiyə ola bilər.
Şübhəsizdir ki, Oniani əllərini yanına salıb, durmayacaq. Artıq məlumdur ki, onun planlarında var ki, «kriminal generalların» ən miqyaslı «toplantısını» təşkil etsin(Şakronun 2015-ci ildə Ermənistanda təşkil etdiyi «sxodka» kimi) və oğru dünyasında bir çox sualların üzərinə «!» işarəsi qoysun.
Onun azadlığa çıması ilə «qanuni oğru № 1» postu ətrafında da situasiya gərginləşəcək. Son vaxtlara qədər bu postu Zaxari Kalaşov («Şakro molodoy»)tuturdu. Onun uzun müddətə koloniyaya göndərilməsindən sonra, oğru «obşak»ının baş qoruqçusu postuna («bütün bosların bosu») Oleq Şişkanovu («Şişkan») seçiblər. Ancaq bu postda o, heç bir fəallıq nümayiş etdirmir.
Şakronu cəzasını çəkmək üçün «doğma» Krasnodar diyarına göndəriblər və bu, belə anlama gəlir ki, «vətən»də onun kriminal dünyada cərəyan edən proseslərə təsir imkanları olacaq və «qanuni oğru №1» statusunu özünə qaytara biləcək.
Ancaq Oniani «tac»a ən başlıca iddiaçı kimi görünür. Şübhəsizdir ki, bu çək-çevirdə, Dubayda «lövbər salmış» Lotu Qulinin tutacağı movqe həlledici ola bilər. Ona görə də Qulinin dəstəyini almaq üçün Onianinin cəhd göstərəcəyi ehtimalı böyükdür./azpolitika.info/