Şahid məhkəmədə hakimi şoka saldı

Şahid məhkəmədə hakimi şoka saldı

 

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Rüfət Səfərovun məhkəmə istintaqı davam etdirilir. Şahid qismində ifadə verən Hacıyev Babək bildirdi ki, o şəxsi təsərrüfatında məşğul olub. Xırda buynuzlu heyvanları xəstəlik tutub. Onlara vaksin vurulmadığından rayon baytarlıq idarəsindən şikayət edib. Rüfət Səfərov müstəntiq kimi onu qəbul edib bildirib ki, şikayəti araşdırıb tədbir görüləcək. Əgər şikayət təsdiqini tapsa, ona dəyən zərər ödəniləcək. Bir neçə aydan sonra Zərdab rayonunun prokurorundan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar gəlib. Bundan sonra o yenə şikayətlərini davam etdirib. Prokuror sual verib ki, Mənsum Pənahovun Rüfət Səfərova rüşvət verməsi barədə məlumatı olubmu. O isə yox cavabı verib.

Bundan sonra Babək Hacıyevin istintaqa verdiyi ifadəsi ilə ziddiyyət təşkil olunduğu məlum olub. İfadə elan olunan zaman Hacıyev deyib ki, bu ifadə müstəntiq tərəfindən yazılıb və o da imzalayıb. Hakim bu cavabdan şoka düşərək şahidi öz məhkəmə ifadəsindən yayındırmağa çalışsa da, şahid "adamın Allahı var, mən necə olmayan şeyi deyim?”,- deyə cavab verib. Daha sonra Baytarlıq idarəsinin əməkdaşı Şaiq Əliyev ifadə verib. O, bildirib ki, ondan şikayət olunduğu üçün prokurorluğa çağrılıb və ifadəsini verib. Müstəntiq ondan aptekin lisenziyası olub-olmamasını soruşub. O da aptekin işləmədiyini bildirib. Əliyev Şaiq bu hadisədən sonra idarə rəisi Mənsum Pənahovdan müstəntiqə 400-500 manat verdiyini eşidib. Vəkil sual edəndə ki, niyə bu barədə şikayət etməmisən, o zaman cavab verə bilməyib. Vəkil Bəhruz Bayramov şahidin bilavasitə hadisəyə şahid olmadığını və Əliyev Şaiqin Mənsum Pənahovdan asılı işçi olduğu üçün ifadəsinin sübutlar siyahısından çıxarılması barədə vəsatət verib. Hakimlər yerində müzakirə edərək vəsatəti baxılmamış saxlayıb. Həmçinin keçən prosesdə qəbul olunmuş vəsatətin aqibəti ilə maraqlanan vəkilə bildirilib ki, Respublikası prokurorluğundan cavab hələ də onlara daxil olmayıb. Digər şahidlər gəlmədiyindən proses sentyabrın 16-ya kimi təxirə salınıb. /azadlıq.info/

<iframe frameborder="0" scrolling="no" data-block="a355914655014732443128544405" id="a355914655014732443128544405" name="a740432778a355914655014732443128544405" style="padding: 0px; border-radius: 0px; border-collapse: separate; bottom: auto; clear: none; float: left; font-size: 17.3333px; left: auto; line-height: 24.2667px; max-height: none; max-width: none; min-height: 0px; min-width: 0px; object-fit: fill; overflow-wrap: normal; overflow: visible; right: auto; text-decoration: underline; text-rendering: auto; text-shadow: none; text-overflow: clip; top: auto; vertical-align: baseline; word-break: normal; word-wrap: normal; z-index: auto; margin: 0px auto !important; border-width: initial !important; border-style: none !important; display: block !important; height: 250px !important; opacity: 1 !important; visibility: visible !important; width: 300px !important; position: static !important;"></iframe>

 




Oxşar Xəbərlər

Xəbər lenti