Sabiq icra başçısının həbs müddəti uzadılıb

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, N.Zeynalov barəsində həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, N.Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}