Terror aktı barədə yalan məlumat verən şəxs sərxoş olduğunu deyib

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan məlumat verməkdə ittiham olunan Rahib Sahabovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Prosesə hakim Şəkər Məmmədova sədrlik edib

İttihama əsasən, R.Sahabov 2016-cı ilin noyabr ayında Masazır qəsəbəsində yaşadığı evdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək vəhhabi təriqətinin üzvlərinin "20 Yanvar" metro stansiyasını partladacağını deyib. Araşdırma nəticəsində onun yalan məlumat verdiyi müəyyən olunub.

R.Sahabov özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu, hadisədən bir həftə öncə qardaşının vəfat etdiyini, hər gün içdiyini, hadisə zamanı da sərxoş olduğunu deyib.

Məhkəmə prosesi iyulun 26-da davam edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti