Gömrükdə həbs edilənlər kimlərdir?


İki generalın – “Nehrəmli Kənan” və “Yas Ehtiram”ın həbs edildiyi söylənir

Çox etibarlı qaynaqlardan “Böyük Şərqə”-ə daxil olan məlumatlara görə, bu gün saat 14-15 radələrində DTX tərəfindən Dövlət Gömrük Komitəsində genişmiqyaslı əməliyyat həyata keçirilib. 

Əməliyyat “İpək Yolu” və “Abşeron” terminallarında həyata keçirilib.

Dövlət Gömrük Komitəsinə yaxın mənbəmizdən əldə etdiyimiz məlumatda deyilir ki, əməliyyat zamanı xeyli sayda yüksək rütbəli gömrük məmuru həbs edilib. Həbs edilənlər arasında iki şəxsin adı xüsusilə diqqət çəkir. Onlardan biri “Nehrəmli Kənan” kimi tanınan, Bakı Baş Gömrük İdarəsinin rəisi, Gömrük Xidməti generalı Kənan Məmmədovdur. Digəri isə, əslən Ağsu rayonundan olan, Azərbaycanın iş adamları arasında “Yas Ehtiram” kimi tanınan, Gömrük Xidməti generalı Ehtiram Xəlilovdur.

Bəzi mənbələrin dediyinə görə, ortada böyük miqdarda yeyinti və dövlət büdcəsinə çatmalı olan külli miqdarda vəsaitin oğurlanması faktı var. Bu faktlara görə, DGK sədri Səfər Mehdiyevin də həbs edilmə ehtimalı söylənilir.

Bir məlumata görə, Səfər Mehdiyev bu gün Biləsuvar gömrüyündə müşavirə keçirib. Digər mənbəmiz isə iddia edir ki, Mehdiyev əməliyyatın keçiriləcəyindən əvvəlcədən xəbərdar olub və ölkəni tərk edib, hazırda o, İsraildədi.

Araşdırmalarımız davam edir. Yeni məlumatlar əldə edən kimi oxucularımıza bilgi verəcəyik.\\Cebhe.info



Oxşar Xəbərlər

Xəbər lenti