8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ABŞ Federal Təhlükəsizlik Xidməti keçmiş prezident Donald Trampın həbsi və ya cərimələnməsi ilə nəticələnə biləcək casusluq və istintaqa maneçilik haqqında qanunun mümkün pozulmasını araşdırır.
Hurriyyet.az xəbər verir ki, bu barədə FTX-nin orderinə istinadən “Politico” məlumat yayıb.
Axtarış qərarına əsasən, Trampın əlində hökumət sirrinin ən yüksək səviyyələrindən biri olan “TS/SCI” və “Fransa prezidenti haqqında məlumat” qeydi olan sənədlər tapılıb.
Siyasətçi sənədləri məhv etməyə cəhddə, istintaqa mane olmaqda və casusluq haqqında qanunu pozmaqda şübhəli bilinir.
Sənədlərin ABŞ Ədliyyə Departamentinin tələb etdiyi kimi cümə günü açıqlanacağı gözlənilir.
Trampın mətbuat katibi Teylor Budoviç deyib ki, FTX-nin hərəkətləri “görünməmiş, həm də lazımsızdır”. Onun sözlərinə görə, ABŞ hakimiyyəti “yalan və eyhamlar yayır, hökumətdən öz dominant siyasi rəqibinə qarşı silah kimi istifadə etməyə çalışır”.
Avqustun 9-da FTX Trampın rəsmi sənədləri oğurlaması ilə bağlı Ədliyyə Departamentinin araşdırması fonunda Floridadakı Mar-a-Laqo mülkünə basqın edib.
“The Wall Street Journal” hüquq-mühafizə orqanlarının əməkdaşlarının ABŞ-ın eks-prezidentinin malikanəsində 11 dəst məxfi sənəd tapdıqlarını yazıb.