16 yaşlı Turanı öldürən Ruslanın məhkəməsində GƏRGİNLİK - VİDEO


Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun növbəti məhkəmə prosesindən görüntülər yayılıb.

Sozcu.info xəbər verir ki, bu barədə görüntülər jurnalist Orxan Rasifoğlu tərəfindən sosial şəbəkəyə yerləşdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə gərginlik yaşanıb. Belə ki, qətlə yetirilən 16 yaşlı Turanın nənəsi təqsirləndirilən şəxsə tez bir zamanda hökm oxunmasını istəyib.

Bundan öncəki məhkəmə prosesində isə Turanın yaxınları qatilin ömürlük həbs edilməsini tələb ediblər.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

 




Oxşar Xəbərlər

Xəbər lenti