Bakıda qadından gözəllik salonunda şok əməl - Polis dərhal həbs etdi - Polis dərhal həbs etdi - VİDEO


Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı paytaxt ərazisində əsasən gözəllik salonlarına müştəri kimi daxil olaraq orada olan şəxslərin pul kisəsini oğurlayan Zərifə Əliyeva saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hurriyyet.Az-a verilən məlumata görə, həmin şəxs ifadəsində Yasamal rayonu ilə yanaşı Bakı şəhərinin Nərimanov rayonu və digər ərazilərində gözəllik salonları və başqa obyektlərdən oğurluqlar etdiyini etiraf edib.

Araşdırma zamanı Zərifə Əliyevanın Sabunçu rayonunda oğurluq etdiyi üçün barəsində cinayət işi başlanıldığı və axtarışda olduğu da müəyyən edilib.

Faktlarla bağlı Zərifə Əliyeva barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

 

 



Oxşar Xəbərlər

Xəbər lenti