Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Şəmkir rayonunda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Düyərli kənd sakini, 1975-ci il təvəllüdlü Eyvazov Səyyar Mayıl oğlunu elektrik cərəyanı vurub. Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Səyyar Eyvazova tibbi yardım göstərilən zaman onun öldüyü məlum olub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.