Polislərin qətli ilə bağlı şok: Silahı anasının çiyninə qoyub...


Xəbər verdiyimiz kimi, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib, 3 polis əməkdaşını və bir mülki şəxsi qətlə yetirib.

Sozcu.info xəbər verir ki, axar.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, külli miqdarda dələduzluğa görə axtarışda olan Rövşən Allahverdiyev haqda əməliyyat məlumatı əldə edilib və onun evində olduğu müəyyənləşib.

Əməliyyat hazırlanıb və sübh tezdən – təxminən 7 radələrində polis əməkdaşları R.Allahverdiyevin Şüvəlandakı evinə gəliblər. Bu zaman cinayətkar silahlı müqavimət göstərib. O, anasının arxasında gizlənib və “Lancaster” ov tüfəngini anasının çiyninə qoyaraq, polisləri nişan alıb.

Polis əməkdaşları cinayətkarın ailəsi və anasının xəsarət görmə ehtimalını nəzərə alaraq, silahları yerə qoyublar və öz anasından girov kimi istifadə edən R.Allahverdiyevlə danışmağa cəhd göstəriblər. R.Allahverdiyev isə bu məqamdan istifadə edərək, silahlarını artıq yerə qoyan polislərə atəş açıb və onları qətlə yetirib.

Yalnız ailəsi və anası təhlükəsizlikdə olandan sonra digər polis əməkdaşları R.Allahverdiyevi məhv edib.



Oxşar Xəbərlər

Xəbər lenti