Azərbaycanlı kapitanın gəmisindən 4 ton KOKAİN ÇIXDI - DETALLAR


Azərbaycanlı kapitanın gəmisindən 4 ton kokain tapılıb.

Sozcu.info bildirir ki, İspaniya və Fransa polisi oktyabrın 4-də Mərakeşin Kanar adaları yaxınlığında Tanzaniya bayraqlı “RAS” adlı gəmidə əməliyyat keçiriblər.

Məlumata görə, gəminin kapitanı azərbaycanlı Rövşən Məmmədovdur. O, bu il iyul ayında əhəngdaşı daşımaq niyyətilə həmin gəmini kirayəyə götürüb. Rəsmi sənədlər bitəndən sonra dəniz nəqliyyat vasitəsi İstanbulun Qartal limanından səfərə başlayıb. Ancaq Mərakeşin Kasablanka limanında yanacaq doldurmaq üçün dayanan gəmi diqqəti özünə cəlb edib. Belə ki, Türkiyədən Qərbi Afrikaya əhəngdaşı daşıyan kargo gəmisi heç bir limanda saxlayıb yük boşaltmayıb və təhlükəli manevrlər edib. Şübhələnən Narkotik Qaçaqmalçılığı Analiz və Dəniz Əməliyyatları Mərkəzinin təqib etdiyi gəmiyə basqın həyata keçirilib. Nəticədə 4 ton kokain tapılan gəminin kapitanı da daxil olmaqla 2 azərbaycanlı, 7 türkiyəli və 1 hollandiyalının olduğu ümumilikdə 10 nəfər saxlanılıb.

Araşdırma zamanı gəminin hərəkət yolları detallı olaraq, izlənilib. Məlum olub ki, ələ keçirilən narkotiklər Cənubi Amerika ölkələrindən GPS olmayan gəmilərlə gətirilib. Daha sonra Atlantik okeanda Qvineya yaxud Mavritaniya sahillərində “RAS” gəmisinə yüklənib.

Lent.az



Oxşar Xəbərlər

Xəbər lenti