"Ərbakan başladı, Özal davam etdirdi, Ərdoğan ..." - Türk politoloqdan açıqlama

"Ərbakan başladı, Özal davam etdirdi, Ərdoğan ..."

 

"Türkiyə kor bir otağa qoyulmuşdu, bu otağın divarlarını Nəcməddin Ərbakan və Turqut Özal dağıtdı, Rəcəb Tayyib Ərdoğan isə yenidən qurdu”. Bunu türk politoloq Mustafa Şən deyib.

Ekspert Türkiyənin Prezident Ərdoğanın dönəmində yenidən gücləndiyini bildirib:"Türkiyə yeni bir qapı açır, bu, köhnə qapı deyil, yenidir. Vaxtilə Türkiyəni kor bir otağa həbs etmək istədilər. İstədilər ki, Türkiyənin nə qapısı, nə də pəncərəsi olsun. Türkiyə həmin kor otağa qoyuldu ki, səsi çıxmasın. Lakin mərhum Ərbakan bu otağın divarlarını dağıtmağa başladı, Özal sonra bunu davam etdirdi.

Tayyib Ərdoğan isə indi sadəcə divarlardan olan bu otağa qapı və pəncərələr qoydu. Bu həm daxildə olan bəzilərini, həm də kənardakıları narahat edir. Biz böyüməyə başlamışıq”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}