Azərbaycanda zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır”

Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclas keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak etdi. Orta Dəhliz layihəsinin perspektivləri, layihə ölkələri arasında yaradılan hərtərəfli münasibətlər, ölkəmizin investisiya, nəqliyyat, enerji potensialı ilə bağlı bir sıra məsələlərə toxunub.
Çıxışında cənab Prezident İlham Əliyev bildirib ki,Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərblə Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.Həmçinin çıxışında cənab Prezident qeyd edib kiAzərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır, yükdaşıma qabiliyyətinin 15 milyon ton olan dəniz limanımızın 25 milyon tona qədər genişlənməsi nəzərdə tutulub və artıq bunun üçün vəsait ayrılib. 2027-ci ilədək Avropaya qaz təchizatını iki dəfə artırılacaq. 2021-ci ildə bizim Avropaya ixracımız 8 milyard kubmetrdən bir az artıq idi. Bu il ən azı 11,6 milyard kubmetr olacaq. Artım olduqca sürətlidir. Ümumi ixrac isə 24 milyard kubmetr olacaq. Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur.
Bugünkü reallıqlara uyğunlaşmaq üçün tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti gələcəkdə yeni iş yerləri və yerli istehsalatın artmasında nəzərə çarpacaq.“Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır.Gömrük nəzarətinin gücləndirilməsinin önəminə toxunan cənab Prezident İlham Əliyev demişdi:“Hesab edirəm ki, hazırda iştirakçı dövlətlər arasında - Mərkəzi Asiyada, Qafqazda və Avropada sıx əməkdaşlıq olmalıdır. Gömrük nəzarəti üzərində fəal çalışmalıyıq ki, “vahid pəncərə” yanaşması müəyyən dərəcədə tətbiq edilsin. Tarif siyasəti isə bu marşrutun cəlbedici olmasını təmin etməlidir, ona görə yox ki, digər marşrutlar yoxdur, sadəcə, bu, kommersiya baxımından da belə olmalıdır”,Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq. Ümid edirik ki, həmin azad ticarət zonası istehsalat və şirkətlər üçün sərmayə qoyuluşu baxımından münasib məkan olacaq. Həyata keçirilən bütün bu tədbirlər ölkəmizin iqtisadiyyatın inkişafında yeni perspektivlər açacaq.
Aynurə Məmmədova
275 nömrəli tam orta məktəbin direktor müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}