Dünən, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərdənbiri də Ulu öndər Heydər Əliyevdir. Onun zəngin, şərəfli vəmənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummillilider Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır vəyaşayacaq. Həyatının mənasını xalqa və dövlətə xidmətdəgörən Ulu Öndər bu müqəddəs amal uğrunda ən çətinmaneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisikimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev Azərbaycantarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedadsahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizinkonseptual əsaslarını işləyib hazırlamış, milli ruhun vəideologiyanın yüksəlişinə təkan vermişdir. Xalqımız hər il 15 iyun - Milli Qurtuluş Gününü təntənəilə qeyd edirlər. Bu gün bütün içtimaiyyət haqlı olaraq dəriniftixar və qürur hissi keçirir. Çünki Heydər Əliyevin gərginəməyi sayəsində Azərbaycan iqtisadiyyatı və sosialsahələr surətlə inkişaf etmiş, içtimai-siyasi sabitlik bərqərarolmuşdur. Bu, Heydər Əliyevin böyük idarəetməbacarığının, qətiyyətinin səmərəli bəhrəsidir.XX əsrin sonlarında yenidən müstəqillik qazanmaqkimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdansonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədəhakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiyahəddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmanəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı beləbirbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizinmüasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimixatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmışmüstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görməkimkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxışyolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinəgörə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyənovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyev xalqınçağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan XalqCümhuriyyətinin taleyindən daha dəhşətli hadisələringözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyindədönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addımatıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündənbaşlandı. İyunun 15-də isə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.O dövrdə baş verən hadisələrin təhlili göstərir ki, əgər1993-cü ilin iyununda xalqın dəvəti ilə ümummilli liderimizHeydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu günAzərbaycanın müstəqilliyindən söhbət açmaq mümkünolmayacaqdı. Ona görə də 15 iyun 1993-cü il müasirtariximizdə mühüm mərhələnin başlanğıcı oldu.Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyistrateji xətt bu gün onun siyasi kursunun davamçısımöhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindənuğurla davam etdirilir. Ölkəmizin iqtisadi, siyasi, mədənihəyatında mühüm və gələcəyə yönəlmiş sanballı addımlaratılır. Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurlahəyata keçirilir.Afaq Səfərova
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini
Sozcu.info