Dünən, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
Bildiyimiz kimi, 2023-cü ilin 14 sentyabrında Düşənbədə Mərkəzi Asiya Dövlətlərinin Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də həmin görüşdə iştirak edib. Tacikistan Prezidenti E.Rəhmon digər dövlət başçılarını, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayaraq onun sammitdə qonaq qismində iştirak etdiyini qeyd edib. Cənab Prezident İlham Əliyev də öz növbəsində dövlət başçılarına təşəkkür etdikdən sonra çıxışına başlayıb. Bu çıxışda o, bir sıra məsələlərə toxunub. Bu məsələlərdən biri də nəqliyyat və logistika sahəsinə aiddir. İlham Əliyev Azərbaycanın tranzit ölkəsi kimi əhəmiyyətindən danışıb və qeyd edib ki, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır. Həmçinin Prezidentimiz Şərq-Qərb marşrutu ilə yükdaşımalarına tələbatın artdığını və bunun üçün də Bakı-Tbilisi-Qars dəmiryolunun müasirləşdiyini də vurğulayıb.Digər bir məsələ Azərbaycanın Xəzərdə ən iri ticarət donanmasına malik olmasıdır. Dövlət başçısı Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alıb gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində işlər aparıldığını və işlər başa çatdıqdan sonra yükdaşıyan gəmilərin sayının artacağınıngözlənildiyini də qeyd edib.Bu və digər məsələlər haqqında çıxış etdikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün dövlət başçılarına təşəkkürünü bildirib, Mərkəzi Asiyanın qardaş xalqlarına əmin-amanlıq arzu edib.Prezident E.Rəhmon çıxışına görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edib.Son olaraq, Məşvərət görüşünün Birgə Bəyanatı imzalanıb.Könül Çələbiyeva
Suraxanı rayon 146 saylı tam orta məktəbinAzərbaycan dili və Ədəbiyyat müəllimi
Sozcu.info