Zəfər günü

10 Noyabr 2020-ci il Azərbaycan tarixinin Şanlı səhifəsinə Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqa müraciət edərək bildirmişdir ki, Şuşa şəhəri azad edilmişdi !  Şuşa bizimdir !   Qarabağ bizimdir !
Bundan sonra Ermənilər məğlubiyyət müqaviləsini imzaladı. Xalqımız bu xəbəri böyük sevinc və göz yaşları ilə qarşıladı. Bütün Azərbaycan və Türk dünyası sevincə qərq oldu. Xalqımızın 28 illik gözləntiləri arzu və istəkləri reala çevrildi. Ali Baş Komandanımız, Müzəffər ordumuz xalqımıza bu qələbənin sevincini yaşatdı. Düşmən isə bu qələbəmizdən çox sarsıldı. Acı məğlubiyyətin hissindən yəqin ki, uzun illər çıxa bilməyəcək. Bununlada 28 illik hər günün qisası alındı. Milli həmrəylik xalqın ehtimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə də sinə gərərək, mürəkkəb məsələlərin öhtəsindən uğurla gəldi. 
44 gün davam edən Vətən müharibəsi dövründən dünyanın 10-dan artıq nüfuzlu televiziya kanalına müsahibə verən prezident İlham Əliyev Azərbaycana qarşı irəli sürülən yalan informasiyaları ifşa etdi. Ölkə rəhbərimiz informasiya müharibəsində də tutarlı tarixi faktlarla bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır ! 
Bəzi dünya dövlətləri “ Qarabağ Ermənilərinin öz müqəddəratını təmin etməsi” məsələsini bir problem kimi ortaya atırdılar. Qarabağda yaşayan Azərbaycanlılara qarşı silahlı təcavüzə haqq qazandırmağa çalışanlar guya bu torpaqların əzəldən Ermənilərə aid olduğu yalanını ortaya atırdılar. Bütün tarixi sənədlərldə və müqavilələrdə göstərilir ki, ermənilər Qarabağa İrandan və Türkiyədən köçürülmüşdür. İlham Əliyev vaxtı ilə Qarabağ xanı və Rusiya çarı ilə imzalanmış Kürəkçay müqaviləsində Erməni xalqı haqqında bir kəlmənin belə olmadığını xatırlatmışdır. 44 günlük davam edən müharibəmizdə bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. Dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində Azərbaycan öz mövqeyini daha da gücləndirəcək.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr  tarixli sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsi və dövlətimizin nüfuzu baxımdan müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi üçün 8 noyabr ölkəmizdə Zəfər günü elan edildi. Zəfər Günü Azərbaycan xalqının ən fəxarətli və qürurlu günüdür. Bu müqəddəs gün üçün canından, qanından keçən Vətən müharibəsi şəhidlərinin ruhu qarşısında baş əyir onların xatirəsini ən dərin ehtiramla yad edirik.
Ayaz Hüseynov
315 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}