Bu gün, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Cənab Prezident xalqa müraciətində 2023-cü ilin ölkəmiz üçün əlamətdar və xalqımızın yaddaşlarından silinməyəcəyi bir il olduğunu vurğulamışdır. Bu ilin əlamətdarlığı, yaddaşlardan silinməyəcəyi hadisəsi ərazi bütövlüyümüzün tam bərpası, ərazilərimizdə separatizmin kökünün kəsilməsi idi. Belə ki 2020-ci ildə İkinci Qarabağ müharibəsi bitən zaman Ermənistan hökuməti üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, hətta üç il ərzində bir sıra təxribatçı addımlar atmışdır. Bunlara dözməyən Azərbaycan tərəfi 2023-cü il sentyabrın 19-da antiterror əməliyyatına başlamışdır. Böyük dövlətlərin, xüsusilə Qərb ölkələrinin təzyiqlərinə baxmayaraq Ali Baş Komandanın və Şanlı Ordumuzun qətiyyətli addımları nəticəsində antiterror əməliyyatı uğurla başa çatmışdır. Ordumuzun gücü qarşısında aciz qalan separatçılar cəmi bir sutkadan sonra təslim oldular. Bu antiterror əməliyyatı əsrlərlə davam edən münaqişəni sonlandırmasını ürəklə deyə bilərik.İlham Əliyev eyni zamanda Respublika ərazisində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan təmir-bərpa işlərinə toxunmuşdur. Bu ərazilərimiz erməni işğalından azad olunandan sonra məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Bu istiqamətdə aparılan işlər öz bəhrəsini verməkdədir. Məcburi köçkünlərin bir hissəsi qısa müddətdə öz yurdlarına qaytarılmışdır. Cənab Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının yüksələn xətlə davam etdiyini bildirmişdir. Azərbaycanın mövqeyi, təbii sərvətləri, xüsusilə neft və qazı buna əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Hətta onu da qeyd edə bilərik ki, Avropanın hazırda neft-qaz ehtiyaclarının ödənilməsində Azərbaycanın böyük payı vardır.Talıb Talıblı
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info