8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Görkəmli alim, Zərifə xanım Əliyeva 28 aprel 1923-cü iltarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində həkim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyətihəkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycandaoftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zənginvə çoxcəhətlidir ki, Onun fəaliyyətinə nəzər salarkən, budahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinəgəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hərbir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillikvə müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqojifəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvikeyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərləryazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmiirsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığıtədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktualmövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən, Azərbaycanda traxomanın kökününkəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlifmərhələlərinin öyrənilməsi və müalicə metodlarınınaxtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır.Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsasistiqamətlərindən biri də peşə oftalmologiyasına həsredilmişdir. Alim dünyada ilk dəfə olaraq görmə orqanınınpeşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasıyaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin-“peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımınadı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlıproblemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünyaoftalmologiyası məkanında məşhurlaşdırmışdır. Onun buistiqamətdə apardığı elmi-tədqiqat işləri dünyaədəbiyyatında analoqu olmayan nadir tədqiqatlarsırasındadır. Zərifə xanım uzun illər respublikanın ondanartıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqatişləri aparmışdır. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin “Şin istehsalatında gözünpeşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanıoftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyininprofilaktikası” kimi qiymətli monoqrafiyalarında öz əksinitapmışdır.Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq- alim, Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca, yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib-seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Üümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, Ulu Öndərimizə mənəvi dayaq, arxa olub.Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.Zərifə xanım Əliyeva az yaşadı. O, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm, onun parlaq xatirəsi daim anılaraq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.Fuad Rəhimov
Yeni Suraxanı bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən
Sozcu.info