8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Avropanın ən yaxşı universitetləri siyahısına necə düşüb ?
Görəsən Avropada bilirlərmi ki, Gündüz Əliyev barəsində CM-nin 4-5 maddəsi üzrə İTTİHAM elan edilib..?
Barəsində cinayət işi açılmış Gündüz Əliyev deputat olmaq istəyir....
Zakir Fərəcov və Gündüz Əliyev sahibkarların milyonlarla halal pulunu vermir...
Dünən yayılan xəbərdən bəlli oldu ki, ali təhsil sahəsi üzrə dünyanın aparıcı tədqiqat və reytinq siyahılarını təqdim edən “QS Quacquarelli Symonds” təşkilatı Avropanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sözügedən siyahıda təmsil olunan 9 Azərbaycan universitetindən 7-nin mövqeyində ötən ilə nisbətən irəliləmə müşahidə edilib:
Sumqayıt Dövlət Universiteti isə ilk dəfə “Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”na daxil olub.
Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti “Akademik nüfuz” indikatoru üzrə Avropanın 200 ən yaxşı universiteti siyahısına, “Müəllim-tələbə nisbəti” indikatoru üzrə Sumqayıt Dövlət Universiteti Avropanın 100 ən yaxşı universiteti siyahısına daxil olub.
Xəzər Universiteti isə “Məqalə üzrə istinad sayı” indikatoru üzrə Avropanın 20 ən yaxşı universiteti arasındadır.
Sözün düzü, BDU-nun, İqtisad Universitetinin, Xəzər Universitetinin Avropada uğur qazanması başa düşüləndir. Amma bunu Sumqayıt Dövlət Universiteti ( SDU) haqqında demək olmur.
SDU-dakı bütün problemləri bir kənara qoyaraq təkcə birinin üzərində dayanmaqla bunu sübut edə bilərik.
Belə ki, SDU-nun fəlsəfə kafedrasını baş müəllimi olan, həm də Sumqayıt ŞİH-də şöbə müdiri kimi çalışan Gündüz Əliyevin əməlləri müəllim adına, dövlət məmuru adına ləkədir.
Təsəvvür edirsiniz, SDU-nun baş filosofu olan Gündüz Əliyev Sumqayıt Tibb Mərkəzində baş mühasib kimi çalışan bacısı Gülnarə Bayramovanın və tanışı Elxan Əsədovun vasitəsi ilə 41 saxta hüquqi şəxs yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırılıb. Bu ibtidai istintaq zamanı sübuta yetirilib.
İndi bildinizmi, Gündüz Əliyev dövlətin milyonlarla vəsaitini mənimsəyib. Sonda Gündüz Əliyev və bacısı Gülnarə Bayramova barəsində əsasında Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.
Ancaq bütün bunlar ortada olduğu halda Gündüz Əliyev həm SDU-da baş müəllim, həm də Sumqayıt ŞİH-də şöbə müdiri kimi fəaliyyətini davam etdirir.
Bu gün isə Allah qoymasa məlum olur ki, rüşvətxor, korrupsioner Gündüz Əliyevin baş müəllim olduğu SDU Avropada nüfuzlu universitetlər siyahısına düşüb. Vallahi Avropada Gündüzün əməllərindən xəbər tutsalar SDU-nu ümumiyyətlə məktəb siyahısından silərlər və ən qara siyahıya salarlar.
Təssəvvür edin ki, bu qara əməllərin sahibi SDU-da tələbələrin qarşısında fəlsəfə qırıldadır, dövlətdən, dövlətçilikdən danışır.
Hələ bu harasıdır..?
Daxil olan məlumata görə, bu qədər cinayət əməllərinin sahibi olan Gündüz Əliyev deputatlığa namizdəliyini irəli sürməyə, deputat olmağa hazırlaşır. O bir filmdə deyilir ee
Əə, siz nə həyasız tayfasınız…
Bunun bir adı var…cəzasızlıq…
Ulu Öndər deyirdi ki, dövlət iki halda sarsılır: Cinayətkar cəzasız qalanda və günahsız cəza alanda. Gündüz Əliyev birincilərdəndər.
Elə bilirsiniz Gündüz Əliyevin əməlləri bununla bitir..?
Yuxarıda qeyd etdiklərimiz Gündüz Əliyevin əməllərinin yanında damladır.
Gündüz Əliyevin öz “patron”u, Sumqayıt ŞİH-nin başçısı Zakir Fərəcovla birgə elədiyi cinayət əməllərini saymaqla bitən deyil.
Söhbət 12 milyonluq yeyintidən gedir.
Belə ki, Sumqayıt şefi Zakir Fərəcovun iş adamlarının pulunu mənimsəməsində ən yaxın adamlarından hesab olunan Gündüz Əliyevin də iştirakı olub. Ona görə Gündüz MÜƏLLİM ciddi təşviş içindədir. Çnüki prezidentə gedən məktublarda onun da adı keçir. Bu səbəbdən, müxtəlif bəhanələrlə zərərçəkən iş adamlarından qaçmağa üstünlük verir. Sumqayıt şəhərinin girişində, daha çox isə, Dənizkənarı Bulvarının yenidən qurulması zamanı həyata keçirilən təmir-tikinti işlərindən sonra yaranmış 10 milyonlarla manat borc qalmaqalında əsas günahkarlardan biri kimi, birbaşa, adı keçir.
Bunu elə həmin yenidənqurma işlərini tam olaraq rəhbərlik etdikləri tikinti şirkətlərinin nümayəndələrinə böyük məsuliyyət hissi ilə gördürən, lakin günü bu günədək, işləyərək qazandıqları milyonlarla halal pullarını tam olaraq ala bilməyən, buna görə, adları icra başçısı və onun əlaltıları olan digər önəmli vəzifə sahibləri ilə qalmaqallarda qoşa hallanan onlarla tanınmış şirkət rəhbərləri də təsdiq edirlər ki, bütün danışıqları Zakir Fərəcovla yanaşı, həm də Gündüz Əliyevlə aparıblar. Elə, yalan “Zəmanət Məktubu”nu da, yalvarış xarakterli xahişlərlə və yalan vədlərlə, o, həmin sahibkarlara da imzalatdıra bilib.
Konkret desək, Sumqayıtın abadlıq-quruculuq işlərində çalışan sahibkarların icra başçısı Zakir Fərəcovdan halal zəhmət pullarını indiyədək tam olaraq ala bilməmələrinin əsas günahkarı, həmin “Zəmanət Məktubu”nun müəllifi Gündüz Əliyevdir.
Sumqayıtın icra başçısı Zakir Fərəcovun əsas adamı və “sağ əli” kimi tanınan, eləcə də şəhər üzrə həyata keçirilən bütün tenderlərə nəzarət edən Gündüz Əliyevin həbs olunma ehtimalı çox yüksəkdir. Lakin ictimaiyyət üçün də çox maraqlıdır ki, ağır mənimsəmə cinayətində ittiham olunan bu şəxs məhbəsdə cəza çəkmək əvəzinə, indiyə qədər öz vəzifəsində nə üçün işləyir?!
Sonda onu da qeyd edək ki, sahibkarlar, iş adamları cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevə, Baş prokuror cənab Kamran Əliyevə üz tutaraq hüquqlarının qorunmasını, halal pullarının qaytarılmasını xahiş edirlər.
Nuh.az