Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Dünyamızın ekoloji tarazlığı hər keçən gün pozulmaqdadır.İqlim dəyişikliyi bu gün insanlıq üçün ən böyük təhdidlərdən birinə çevrilib. Artan sənaye fəaliyyəti, meşələrin qırılması,plastik tullantıların çoxalması və təbii resursların nəzarətsiz istifadəsi planetimizin gələcəyini təhlükə altına alır. İqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və təbiətə mənfi təsirlər bütün dünyanın diqqət mərkəzindədir. “Yaşıl Dünya” anlayışı isə bu problemlərə qarşı bir mübarizə yolu kimi formalaşıb və Azərbaycanın da bu istiqamətdə gördüyü işlər əhəmiyyətli bir nümunədir.COP29 (Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi üzrə Konfransı, 29-cu sessiya) dünyada iqlim dəyişikliyinin qarşısını almaq və onun təsirlərini azaltmaq üçün mühüm bir mərhələdir. Bu konfransın əsas məqsədi dünya ölkələrinin iqlim dəyişikliyinəqarşı mübarizəni gücləndirmək, bərpa olunan enerji mənbələrinə keçid və davamlı inkişafın təmin olunması istiqamətində tədbirlər görməkdir. COP29, xüsusilə, iqlim siyasətləri və məqsədlərinin həyata keçirilməsi, eləcə də inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi mövzusunda əhəmiyyətli müzakirələrə ev sahibliyi edib. Son illər iqlim dəyişikliyi qlobal təhlükələrdən biri olaraq ön plana çıxmışdır. İqlim dəyişikliyi yalnız ətraf mühitə deyil, eyni zamanda iqtisadiyyata, sosial strukturlara və insanların həyatına ciddi təsirlər göstərməkdədir. Bu səbəbdən qlobal səviyyədə effektiv iqlim siyasətləri və tədbirlərin həyata keçirilməsi vacibdir. COP29 bu baxımdan dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizədə daha bir addım irəliləməsini təmin etmək üçün böyük əhəmiyyətə malikdir.Konfransda bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi və təmiz enerji texnologiyalarının inkişafı ilə bağlı da mühüm müzakirələr keçirildi. İqlim dəyişikliyi nəticəsində bəzi bölgələrdə həyat şəraitinin ağırlaşması və təbii fəlakətlərin artması nəticəsində insanlar öz vətənlərini tərk etmək məcburiyyətində qalır. Bu, yeni bir qlobal problemin yaranmasına səbəb olur. Bu problemin qarşısının alınması üçün ölkələr daha fəal tədbirlər görməyə razı oldular. COP29 dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizədə birlikdə çalışması, həmçinin iqtisadi və sosial inkişafın davamlı olması üçün mühüm bir mərhələdir. Bu konfransda qəbul edilən qərarlar, xüsusilə, bərpa olunan enerji, maliyyə yardımları və iqlim mühacirətinin qarşısının alınması ilə bağlı müsbət irəliləyişləri əks etdirir. Lakin bu məqsədlərə çatmaq üçün daha çox əməkdaşlıq, siyasi iradə və hər bir ölkənin öz məsuliyyətini dərk etməsi lazımdır. COP29-un nəticələri göstərir ki, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə uğur qazanmaq üçün yalnız sözlər yetərli deyil, ciddi tədbirlər və icra mərhələsi də vacibdir. Qarşıya qoyulan hədəfə çatmaq üçün həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı vacibdir. Azərbaycanda ekoloji problemlərin həllinə və təbiətin qorunmasına dair görülən tədbirlər ölkənin qlobal problemlərinin həllində aktiv iştirakını göstərir. Son illərdə Azərbaycanda ekoloji maarifləndirmə kampaniyaları, yaşıllaşdırma aksiyaları və ekoloji innovasiyalarıntətbiqi geniş vüsət almışdır. Prezident İlham Əliyevin təşşəbbüsü ilə qəbul edilən “Yaşıl enerji” strategiyası ölkənin bu istiqamətdə nə qədər qərarlı olduğunu bir daha sübut edir . Təbiətə qayğı göstərmək sadəcə ekologiyanın deyil, bütün insan cəmiyyətinin sağlamlığına kömək edəcək.2024-cü ildə təşkil olunan COP29 iqlim dəyişikliyi ilə mübarizədə yeni bir mərhələnin başlanğıcı oldu və "Davamlı Gələcəyin Yolu" kimi bir şüarın mənimsənilməsinə səbəb oldu.COP29 qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə yeni bir səhifə açmış oldu. Bu konfransın uğurlu nəticələri gələcək nəsillər üçün daha yaşanabilir, davamlı və ədalətli bir dünya yaratmaq yolunda atılmış vacib addımlardır. Bizim indi atacağımız hər addım, gələcəyin daha sağlam və parlaq olmasına yönəldilməlidir. Davamlı gələcəyin yolu birgə səylə qurulacaq və COP29-un verdiyi ilhamla bu yolda irəliləməyə davam ediləcək.Kərəm MehdiyevSuraxanı rayonu, 104 №li tam orta məktəbin direktoru
Sozcu.onfo