COP 29-un nailiyyətləri

Noyabrın 11-dən 24-nə qədər Bakıda keçirilən COP29 iqlim sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olunmaqdadır. Sammitin yekunları, xüsusilə də gərgin müzakirələrdən, açıq şəkil alan mübahisələrdən sonra əldə olunan razılaşmalar bir sıra dünya liderlərinin təqdirini qazanıb və onlar COP29-un işini yüksək qiymətləndirirlər. 
Uzun illərdən ri böyük beynəlxalq tədbirlərə (“Eurovision” yarışmasıAvropa oyunları, “Formula-1” yarışması, İslam oyunları, forumlar, konfranslar, festivallar, simpoziumlar, qurultaylar və s.) təşkilatçılıq etmək baxımından böyük təcrübə toplamış olkəmiz COP29-u da yüksək səviyyədə keçirməklə böyük tədbirləri təşkil etmək sahəsində nümunə oldu.
COP29-dan aylar öncə, eləcə də tədbirin başlanması ərəfəsində ölkədə bütün təbəqələrdə bəlli bir həyəcan vardı. Çünki bu beynəlxalq tədbirin keçirildiyi günlərin atmosferi ölkəninxüsusilə  paytaxtın bütün sakinlərinin həyatına təsir edəcəkdi. Elə də oldu. Zəruri tədbirlər hamının həyatına təsir etdi, ancaq xüsusi gərginlik və problemlər yaratmadı.
COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP sədrlikləri və tərəfləri bir araya tirdiKiçik  orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi. Həmçinin COP29 Sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bunları 150 tərəf təsdiqlədi.
75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadəni nəzərdə tutan bəyanatı təsdiqlədi. 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı.
Geniş miqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə edərək anti-Azərbaycan qüvvələrə öz gücünü açıq şəkildə göstərdi. COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi, həmçinin iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

Qurbanəli İslamov

Suraxanı RİHB-nın Hövsan Qəsəbə İnzibati Ərazi Dairə Üzrə Nümayəndəsi, 2-ci Qarabağ müharibəsi Qazisi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti