28-03-2026, 23:18
17-03-2026, 15:20
12-03-2026, 11:28
11-03-2026, 17:52
10-03-2026, 11:35
İran və ABŞ arasında Hörmüz yenidən açılması və hərbi toqquşmaların dayandırılmasını nəzərdə tutan iki mərhələli atəşkəs planı müzakirə olunur.
Məlumata görə, Pakistanın vasitəçiliyi ilə hazırlanmış və şərti olaraq “İslamabad razılaşması” adlandırılan layihə hər iki tərəfə təqdim edilib.
"Reuters" agentliyinin məlumatına əsasən, Pakistan Baş Qərargah rəisi Asim Munir sənəd üzərində razılıq əldə etmək məqsədilə ABŞ rəsmiləri və İran nümayəndələri ilə intensiv danışıqlar aparıb. Bildirilir ki, o, ABŞ-nin vitse-prezidenti J. D. Vens ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə gecə boyu əlaqədə olub.
Təklifin təqdim edilməsindən sonra İran tərəfindən rəsmi açıqlama verilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, ABŞ daha əvvəl də 15 maddəlik təklif irəli sürüb, lakin bu təklif İran tərəfindən məntiqsiz və qəbuledilməz tələblər kimi qiymətləndirilib.
Bəqayi qeyd edib ki, İran öz milli maraqlarına uyğun tələblərini formalaşdırıb və vasitəçilərə cavab artıq hazırlanıb:“Cavabımız hazırdır, lazım olduqda bu barədə ictimaiyyətə məlumat veriləcək”.
O əlavə edib ki, İran həm hərbi sahədə mövqeyini qoruyur, həm də diplomatik kanalları aktiv saxlayır. Eyni zamanda, Tehran sadəcə müvəqqəti atəşkəs deyil, hücumların təkrarlanmayacağı davamlı və uzunmüddətli razılaşma əldə olunmasını istəyir.
İran rəsmisi vurğulayıb ki, danışıqlar təhdid və ultimatumlarla aparıla bilməz və ölkə yalnız öz təhlükəsizlik maraqlarına uyğun qərarlar qəbul edəcək.